Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - VİDEO
Qəhrəmanları Zaur Nudirəliyev, Vüqar Ağayev, Ceyhun Həsənov və Vətən müharibəsi şəhidi Asiman Əliyevin xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərimizin məzarlarını ziyarət edib, onların yaxınları ilə görüşərək qayğıları ilə maraqlanıblar.
Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, eləcə də digər uğurlu döyüş əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Sonra şəhidlərimizin həyat və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş olunub.
Şəhidlərimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 887 Tarix: 05 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024İsrail İranın hücumlarına cavab verəcək
İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı
14 aprel 2024İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb
İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd
17 mart 2024Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb
Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha
3 mart 2024KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib
İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios
14 aprel 2024Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski
Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular
26 may 2024SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək
14 aprel 2024