Parklanma ilə bağlı bitməyən problemlər - ARAŞDIRMA

Parklanma ilə bağlı bitməyən problemlər - ARAŞDIRMAParklanma ilə bağlı yeni qaydalar avtomobillərini uzunmüddətli park edənlər üçün müəyyən problemlər yaradıb. Mövcud vəziyyətdən çıxış yolu olaraq bəzi ekspertlər qiymətlərə yenidən baxılmasını təklif edirlər. Bu təkliflərə dəstək verən deputatlar da var. Bəs parkinq qiymətlərində dəyişiklik edilməsi nə dərəcədə realdır?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İmtiyazların hazırda da mövcud olduğu deyilir

Nəqliyyat eksperti Adil Nəbiyev "Kaspi" qəzetinə açıqlamasında dedi ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tarifləri, həm şəhərin tarif zonalarını, eyni zamanda yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

A.Nəbiyevin sözlərinə görə, ödənişlə bağlı hazırda da müəyyən güzəştlər mövcuddur:

"Yol hərəkəti haqqında" qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən də ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb".

Parklanma üçün əlavə yerlərə ehtiyac var

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirdi ki, parklanma ilə bağlı problemlərin əsas səbəbi yerlərin məhdud sayda olmasıdır:

"Bu problem artıq özünü kəskin şəkildə büruzə verir. Problem ondan qaynaqlanır ki, hazırda Bakı şəhərində olan obyektlərin böyük əksəriyyətinin parklanma yeri yoxdur. Parklanma yerini yaşayış, qeyri-yaşayış obyektləri, onların sahibləri yaxud da qurum rəhbərləri təşkil etməyə borcludurlar. Amma təşkil etməyiblər. Məsələn, xəstəxana, alış-veriş mərkəzi, biznes mərkəzi, idarə və təşkilatların parklanma yerləri yoxdur".

İş yerlərinə yaxın parklanmalar üçün güzəştlər istənilir

E.Cəfərovun fikrincə, hazırda parklanma qiymətlərinə yenidən baxılması və endirim və güzəştlərin edilməsi daha doğru addım olardı:

"Boş yer tapa bilmədiyi üçün vətəndaş avtomobilini dövlətin balansında olan pullu parklanma yerində saxlamağa məcburdur. Bu da gün ərzində xeyli məbləğ deməkdir. Mən də tərəfdarıyam ki, məbləğlər yuvarlaqlaşdırılmalıdır. Məsələn, əgər şəhərin mərkəzində bir saatı bir manatdırsa, 4-5 saat mütəmadi maşınını saxlayan, həmin ərazilərdə işləyən şəxslər üçün güzəşt olunması doğru addım olardı. Yaxud, ümumiyyətlə saatı bir manatdan daha aşağı məbləğə endirilməlidirlər ki, vətəndaşlarımız üçün parklanma yerləri daha əlçatan olsun və problemlər yaranmasın".

Vəziyyəti ancaq qiymət siyasəti ilə tənzimləmək olar

Nəqliyyat eksperti Yasin Mustafayev isə düşünür ki, hazırda parkalnma qiymətləri aşağı salınsa, bu halda vəziyyət daha da acınacaqlı olacaq:

"Parklanmanın qiyməti tələb və təkliflə bağlıdır. Şəhərin mərkəzi hissələrində yer məhduddur. Adam var 15-20 dəqiqəlik hansısa quruma, idarəyə, şirkətə gəlir, yarım saat, bir saat maşını saxlayıb işini görüb gedir. Şəhərin mərkəzində bir manata, bir az kənarda 70 qəpiyə saxlayır. 5-10 saat saxlayan adam üçün bu, böyük bir məbləğdir. Amma məbləği də aşağı salıb bütün günü o yeri zəbt etmək başqalarının haqqına girmək hesab olunur. Şəhər mərkəzinə, parklama yerləri məhdud olan zonalara çox vaxt maşınsız getmək lazımdır. Bu layihə ictimai nəqliyyatdan daha çox istifadə etmək, populyarlığını artırmaq, insanları bu istiqamətə yönəltmək üçün reallaşdırılır. Qiymət aşağı salınsa, adamlar səhər maşını saxlayacaq, bir də işdən çıxanda götürüb gedəcək. Yeri ancaq qiymət siyasəti ilə məhdudlaşdırmaq, tənzimləmək olar. Qiymətlərə yenidən baxılacağını və aşağı endiriləcəyini düşünmürəm".

Kim 6-7 manat vermək istəmirsə...

Y.Mustafayev bildirdi ki, bahalı parklanma yerlərindən bir az kənarda maşını saxlayıb mərkəzə piyada və ya ictimai nəqliyyatla gəlmək mümkündür:

"Parklanma ilə bağlı bir boşluq görmürəm. Xidmətlə bağlı əməkdaşlar da həmişə ərazidə olur. Mobil tətbiqin istifadəsi də çox rahat, praktikdir. Mənim heç bir iradım yoxdur. Bir məsələ ilə bağlı qərar veriləndə, təbii ki, hamını razı salmaq mümkün deyil. Əgər istəyiriksə ki, şəhər tıxacdan azad olsun, çətinliklərdən qurtulaq, bunun üçün ictimai nəqliyyata keçməliyik. Bir az kənarda maşını saxlayıb daha ucuz, bəlkə də pulsuz parklanma yeri tapmaq mümkündür. Kim 6-7 manat vermək istəmirsə, bir az kənarda saxlaya, ictimai nəqliyyatdan istifadə edə bilər. Qiymətləri yenidən endirmək haqqında düşünsək, o zaman şəhərdə nəqliyyatın sıxlığı daha da artacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 874   Tarix: 12 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021