"Mediada sevilmək üçün üzünü, sözünü boyamaz..." - deputat
Mir Şahin yalnız bir media fenomeni deyil. O həm də ciddi bir ictimai-siyası fenomendir. Bir çox hallarda yaşadığımız tarixi anların adını o təyin edir. Onu heç cür kadr arxasında təsəvvür edə bilməzsən. Kadr önündə olma isə yaxşı və pis mənada hamının hədəfində olmaqdır. Elə hamı da yaxşı və pis mənada Mİr Şahinin hədəfindədir. Onun təyin etdiyi dövlət və cəmiyyət modeli var. Hər bir vətəndaş bu modelin içində ya Vətəndir. ya da Daşdır. O Vətəndən sevgi ilə danışa bilir, Daşa isə çəkinmədən Başını vura bilir. Hətta bir az da irəli gedərək Daşa Daş da ata bilir. Onun ritorikası sərtdir, onun dislokasiya məkanını hamı rahatca görə bilir. Onun istedadından qorxurlar, qorxaqların isə ən çox istifadə etdiyi üsul arxasınca söyməkdir. Onun qarşısına çıxmaq üçün ağıl və məntiq ən zəruri silahdır. Yalın mühakimə ilə onunla güləşmək olmur. O, həm söz güləşdirməyi bacarırı, həm də sözlə güləşməyi. Bu üslub bənzərsizdir və Mir Şahin obrazında həm də tükənməzdir. O, sözü sadələşdirməyi xoşlamır, çünki sözün dəyərinin mürəkkəbliyini anlayıb. Düz 35 ildir tanıyıram, ta universitet tələbəçiliyi dövründən, çəkişmişik, yaxında, uzaqda, qarşıda, birlikdə olmuşuq, ancaq problemi, prosesi anlamaqda ziddiyyətimiz olmayıb. Onun üçün daldalanmaq yox, tənbəllik yox, hədəfdən yayınmaq yox. Mediada sevilmək üçün üzünü, sözünü boyamaz, O, kimdənsə öyrəndiyini etiraf edər, kimdənsə öyrətdiyini ən barışmaz şəkildə tələb edər. O, mediada özünün təyin etdiyi zirvəyə məhz özünün çəkdiyi yolla qalxıb, ancaq nədənsə bu zirvə hamı üçün ən əlçatan yerdir. Söyən də, döyən də, sevən də onu öz yaxınında görə bilir. Elə 60 yaşına da bu cür baxılır. O nə gənc qalır, nə də qocalır. Onun sözü də belədir. Qarabağ davamızın içimizdəki yara-xorasının təmizlənməsində, qaragüruhçuluğun belinin qırılmasında birinci dərəcəli Vətənə xidməti edənlərdən biri odur! Onun üçün Vətən Mediadan da, Obyektivlikdən də da birinci dərəcəlidir.
Bizim nəsli ordenlə, yubileylə qutlamağa əşhədü-ehtiyac yoxdur. Biz Vətənin azad olduğunu görən bir nəsilik! Qutlanmışıq!
Fazil Mustafa - deputat
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 820 Tarix: 12 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021