Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - FOTO
Son günlər Azərbaycanın müxtəlif ərazilərində ard-arda əhali tərəfindən hiss edilən zəlzələlər baş verir. Belə ki, noyabrın 11-də İsmayıllı rayonu ərazisində bir neçə saat fasilə ilə 3,0 və 2,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Maraqlıdır ki, cəmi iki gün sonra, noyabrın 13-də İsmayıllıda 3,0 bal gücündə daha bir zəlzələ baş verib.
Ardıcıl təkanların qeydə alınması cəmiyyətdə panikanın yaranmasına səbəb olub. Xüsusilə də, bu ilin fevral ayında qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər ölkəmizdə də yeraltı təkanlarla bağlı həyəcanın birə-beş artmasına səbəb olub.
Bəs Azərbaycanda daha güclü təkanlar gözlənilirmi?
BAKU.WS-in məlumatına görə, seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Bizim.media-ya açıqlamasında bildirib ki, zəlzələ hər gün baş verir, sadəcə onlardan bir neçəsi 3,0 bal gücündə və yuxarı olduqda hiss olunur:
"Amma bu da seysmogen bölgə üçün normal haldır. Tarixən Azərbaycanda çox güclü zəlzələlər baş verib. Buna Şamaxı, Gəncə, Ağsu, Göyçayda baş verən zəlzələləri misal göstərə bilərik. Belə ki, bu ərazilərdə vaxtilə 8-9 bal gücündə zəlzələlər olub. Hətta Göygöl məhz güclü zəlzələ nəticəsində yaranıb. Lakin yaxın günlərdə heç bir bölgədə dağıdıcı zəlzələ baş verməsi gözlənilmir. 4-6, hətta 7 bal gücündəki zəlzələ qorxuducu deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2688 Tarix: 13 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021