Mingəçevirdə 2 milyonluq yol və səki təmiri – Ötən il də yollara bu qədər vəsait xərclənib
Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB)"ATF" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 2 184 640,13 AZN təşkil edən müqavilədə Mingəçevir şəhərində yolların və səkilərin əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "ATF" MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.
Tender kralı kimi tanınan "ATF" MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur.
Şirkətin adı da qardaşların adlarının baş hərflərinin birləşməsidir.
"ATF" MMC-nin adı bir sıra qalmaqallarda hallanıb.
Məsələn, 2018-ci ildə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, şirkət dövlətə 361 000 AZN ziyan vurub. Faktla bağlı cinayə işi başlanıb və Fəxrəddin Muradov saxlanılıb. Lakin onun sonradan azadlığa buraxıldığı iddia olunur.
Mingəçevir MKTİB ötən il də yolların təmiri ilə "ATF" MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin maliyyə dəyəri 2 169 787,71 AZN-dir.
Beləliklə, ötən il təmirinə 2 milyon xərclənən Mingəçevir yollarının bu il də təmirinə ehtiyac yaranıb.
Mingəçevir MKTİB Mingəçevir Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur.
Mingəçevirin icra başçısı İlham İsmayılovdur. O, 2018-ci ildən bu vəzifədədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 807 Tarix: 14 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021