İradə Gülməmmədovanın klinikasından ŞİKAYƏT: "Əməliyyatdan sonra nəfəs ala bilmirəm"
Vətən müharibəsi iştirakçısı Ümid Kərimli Bakı şəhərində yerləşən "Vimay" klinikasından şikayətçidir.
Ü. Kərimli "Unikal"a müraciətində bildirib ki, adıçəkilən klinikada əməliyyat olunduqdan sonra nəfəs almasında ciddi çətinlik yaranıb:
"Bu ilin iyul ayında "TikTok" sosial şəbəkəsində "Vimay" klinikasında çalışan lor cərrah dr. Şəhla Həsənovanı gördüm və onun qəbuluna yazıldım. Şəhla xanımın qəbulunda olanda ona bildirdim ki, mənim burnum 2 dəfə əməliyyat edilib, amma uğursuz alınıb. Həkimdən soruşdum ki, sizin etdiyiniz əməliyyat uğurlu alınacaqmı? Mənə bildirdilər ki, çəpər əyriliyi tam düzələcək. Nəfəs almaqda isə ümumiyyətlə problem olmayacaq.
1550 manat ödəniş etdim və Şəhla Həsənova burnumu əməliyyat etdi. Əməliyyatdan 4 ay keçməsinə baxmayaraq, burnumun xarici görünüşündə olan əyrilik düzəlməyib. Ən vacib məqam isə ondan ibarətdir ki, həmin əməliyyatdan sonra nəfəs almağımda ciddi problem yaranıb. Hazırda demək olar ki, nəfəs ala bilmirəm.
Bu problem barədə həkimə yenidən müraciət etdim və mənə çox gülməli cavab verdilər. Bildirdilər ki, nəfəs almağım hələ 1-2 il ərzində düzələcək. Məcburiyyət qarşısında qalaraq başqa həkimlərə getdim və onlar mənə bu əməliyyatın uğursuz olduğunu dedilər.
Hazırda Şəhla Həsənovanın özü ilə əlaqə saxlaya bilmirəm. Əməliyyat edib pulu alıblar, indi də məni önəmsəmirlər.
Əməliyyatdan sonra yaranan nəfəs ala bilməmək problemi səhhətimdə digər narahatlıqların da yaranmasına gətirib çıxarıb. Belə ki, hazırda təngnəfəslik, xoruldama, yuxusuzluq və digər problemlərdən əziyyət çəkirəm. Mən əməliyyatdan əvvəl bundan çox daha yaxşı nəfəs alırdım", - deyə o söyləyib.
Qeyd edək ki, Ümid Kərimli Vətən müharibəsi iştirakçısıdır. O, "Qubadlının azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Xatırladaq ki, veteran Ümid Kərimlinin şikayətçi olduğu "Vimay" klinikası Abşeronun sabiq icra başçısı İradə Gülməmmədovaya məxsusdur. İ. Gülməmmədova 2022-ci ilin yanvar ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1170 Tarix: 14 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021