Sökülən evlərə görə kompensasiya, yoxsa ev verilsin? - AÇIQLAMA

Sökülən evlərə görə kompensasiya, yoxsa ev verilsin? - AÇIQLAMABakıda və ətraf ərazilərdə yeni tikililərin qiymətində artımlar müşahidə olunur. 3-4 il əvvəllə qiymətləri müqayisə etsək 1 kv. metrin qiymətində 300-400 manat fərqi görmək mümkündür.

Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, yeni mənzillərin qiymətində artımların olmasını nəzərə alsaq, plana düşən və söküləcək evlər üçün vətəndaşlara təklif edilən kompensasiyaların məbləğləri gündəmə gəlir.

Tikinti şirkətləri tərəfindən vətəndaşlara təklif edilən kompensasiya məbləği nə qədər olmalıdır? Vətəndaşlara verilən kompensasiyanın məbləği artırılmalıdırmı? Ümumiyyətlə hazırda mənzillərin qiymət artımı realdır, yoxsa şişirdilmədir? Evlərin qiymətlərində ucuzlşama ehtimalı varmı?

Bu suallara cavab tapmaq üçün əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, şəhərdən kənar tikililərdə qiymət artımları mərkəzlə müqayisədə daha yüksək olur:

"Lakin nəzərə almaq lazımdır ki, mərkəz və mərkəzə yaxın ərazilərdə də artımlar kifayət qədər yüksək olub. İki il bundan əvvəl "Nəriman Nərimanov" və "Gənclik" metro stansiyaları ərazisində 1 kv. metri 1300-1400 manata mənzil tapmaq mümkün idisə, indi həmin ərazilərdə minimum qiymətlər 2 min manatın üzərindədir.
Sökülən evlərə görə kompensasiya, yoxsa ev verilsin? - AÇIQLAMAKompensasiyaların məbləği ölkə başçısının fərmanı ilə tənzimlənir. Fərmanda isə 20 faiz kompensasiya nəzərdə tutulub. Əvvəlki illərdə mənzil alındıqdan sonra vətəndaşlara kompensasiya pul şəklində ödənilirdi. Sonra bu, əlavə problemlər yaratdığına görə, əvəzləşdirmək qaydası həyata keçirilməyə başlandı.

Buna görə, kompensasiya məbləği fərdi yanaşma tələb edən məsələdir. O ki qaldı mənizilin dəyərinə görə ərazilər üzrə qiymətə, bu həmin əmlakın təmirli və sənədinin olub-olmamasından asılıdır. Bu məsələdə isə qiymətlər dəyişir. Misal üçün deyə bilərik kki, Zəfər muzeyi üçün salınan ərazidə mənzil sahiblərinən kompensasiyalar 2700 manatdan başlayırdı.

Kompensiyaya ilə bağl rəqəmlərin azalıb-arıtırılması zamanı mental məsələlər də nəzərə alınmalıdır. Bəzi mülkiyyətçilər kompensasiyanı aldıqdan sonra özünə avtomobil alır və digər istehlak məqsədlərinə bu pulu yönəldirlər. Sonra ev almaq istəsə də, qalan pula mənzil ala bilmirlər. Buna görə, ən yaxşı qayda əvəzləşdirmədir. Eyni zamanda söküntü olan ərazilərdə mənzilin kiçik olmasını da nəzərə almaq lazımdır. Bu da tikinti şirkətləri ilə vətəndaşlar arasında əlavə problemlər yaradır.

Qiymətlərin qalxması və düşməsi hər zaman realdır. Adətən bunu bazar tənzimləyir. Daşınmaz əmlak bazarındakı qiymət dəyişikliyi real iqtisadi tendensiyalara uyğun və bu istiqamətdə qəbul olunan inzibati qərarlarla baş verir. Hesab edirəm ki, mövcud şəraitdə qiymət dəyişikliyi real görünür və bunun qarşısının alınması istiqamətində addımlar təəssüf ki, nəticə vermir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1425   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr