Üç əlil uşaq anası kömək istəyir: "Yeməyə heç nəyimiz yoxdur" - FOTO

Üç əlil uşaq anası kömək istəyir: "Yeməyə heç nəyimiz yoxdur" - FOTOBakı sakini, üç əlil uşaq anası Nərgiz Sultanova Media.Az-ın redaksiyasına kömək çağırışı ilə müraciət edib.

"Biz ərimlə əmioğlu-əmiqızıyıq, ona görə də uşaqlarımız sağlam deyil", - deyə qadın etiraf edib.

Nərgiz Sultanovanın böyük qızı, 14 yaşlı Fatimə serebral iflicdən əziyyət çəkir, ortancıl və kiçik övladları olan 12 yaşlı Sahib və 9 yaşlı Dilarəyə isə Kanner sindromu (uşaqlarda autizmin qeyri-prosessual variantı, nüvə forması) diaqnozu qoyulub. Həmçinin üç uşaqda əqli geriliyin müxtəlif formaları müşahidə edilir.

"Təsəvvür edə bilməzsiniz, onları böyütmək necə çətindir! Fatimə yatağa məhkum olub, Sahib və Dilarə isə, əksinə, hiperaktiv və aqressiv uşaqlardır. Qızlarım həm də qıcolmadan əziyyət çəkirlər. Yaşları artdıqca bizim çətinliklərimiz daha da artır", - deyə Nərgiz xanım bildirib.

Hazırda ailə xüsusilə çətin dövr yaşayır. İki uşaq əlilliyə görə təkrar müayinələrdən keçir, bu səbəbdən də müvəqqəti olaraq təqaüd almırlar. Beləliklə, Sultanovlar sabit maliyyə dəstəyini itirmiş olublar. Nərgiz xanım işləmir, əri də həyat yoldaşına uşaq böyütməkdə köməklik etdiyi üçün daimi gəlir yeri yoxdur.

Qadının sözlərinə görə, onlara ayda 1000 manat pul lazım olur ki, bu məbləğə, həmçinin qıcolmalara qarşı dərman və uşaq bezlərinin xərcləri də daxildir.

"İnanın mənə, uşaqlarım tez-tez ac qalırlar, çünki onları yedizdirməyə imkanım yoxdur. Amma onlar bunu anlamırlar axı, dayanmadan qışqırmağa başlayırlar... Ümidsiz vəziyyətə düçar olmuşuq. Ağlayaraq sizdən kömək diləyirəm", - deyə Nərgiz xanım əlavə edib.

Media.Az saytının redaksiyası biganə qalmayan bütün şəxsləri Sultanovlar ailəsinin probleminə anlayışla yanaşmağa və Fatimə, Sahib və Dilarəyə imkanları daxilində kömək etməyə çağırır.

Mümkün yardımlar "Kapital Bank" kartına köçürülə bilər: 4169 7388 8539 5032.

Nərgiz Sultanova ilə də əlaqə saxlamaq mümkündür: (050) 746 20 63.
Üç əlil uşaq anası kömək istəyir: "Yeməyə heç nəyimiz yoxdur" - FOTOÜç əlil uşaq anası kömək istəyir: "Yeməyə heç nəyimiz yoxdur" - FOTOÜç əlil uşaq anası kömək istəyir: "Yeməyə heç nəyimiz yoxdur" - FOTOÜç əlil uşaq anası kömək istəyir: "Yeməyə heç nəyimiz yoxdur" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1893   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr