Bayram öncəsi - Gülər Mübariz yazır

Bayram öncəsi - Gülər Mübariz yazır1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı.

XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etmişdi. Bu, illərdir əsarətin zülmü ilə ayaqlaşan, amma göz yuma bilməyən xalq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılsa da Azərbaycan tarixində öz yerini şanlı səhifə olaraq aldı. Cərəyan edən bu hadisə milli azadlıq hərəkatı kimi qiymətləndirilidi və Azərbaycanın istiqlaliyyət qazanmasında əsas amil sayılmağa başladı.

Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldıran gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.

O tarixdən də-1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Dirçəliş Günü bayramımız Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə nəticələnən Qələbə bayramı ilə bir dövrə təsadüf etməyi də noyabr ayını bütünlükdə zəfər ayı halına gətirir. Bayram bayrama qarışır sanki; ən önəmlisi də bu bayramların məğzi eynidir,milli vətənpərvərlik ruhunda, zəfər dadında…

Dirçəliş məfhum olaraq yenidən doğulmaq anlamına gəlmirmi? Küllərindən doğan, zülmə baş qaldıran, əsarətə boyun əyməyən xalqım. Yüz ölsək də ,min dirilərik, biz istəmədiyimiz müddətcə bizi qandala vurmaq olmaz. Hələ çox əvvəllərdən " 40 il zindanda yaşamaqdansa, bir gün azad yaşamağı" daha üstün tutmuşuq biz.

Yaşadığımızı yaşatdırmağı bildik, amma etmədik. Bacarardıq, amma bizim öz ədalət kürsümüz, vicdan məhkəməmiz var, özümüz özümüzü mühakimə edə bilirik. Zalıma qoşulub zalım olmadıq, bizim damarımızdan axan türk qanı təmizdir, insanlığa sığan və sığmayanı ayırd edə bilirik. Öncə Allaha, sonra qanuna təslim etdik, budur mənim millətimi bütün dünyadan fərqləndirən.

Mübarizənin ən ön sıralarında olmaqdan yorulduq, artıq bizə bayram yaraşır. İkinci bahar yaşayırıq Qarabağımızla, bu eşq tükənməz. Şükür qovuşdurana…

Dirçəlişimiz qutlu olsun, yurdumun insanları, Azərbaycanımızı daim zirvələrdə görmək diləyi ilə…

Ekspert-yazar Gülər Mübariz


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1197   Tarix: 14 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Noyabrın 9-u bu yollar BAĞLANACAQ

Bakıda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisindən məlumat verilib. Hərbi qulluqçular noyabrın 9-da saat 11:00-dan 13:00-də

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr