Kəmaləddin Heydərov iki rəis müavinini İŞDƏN ÇIXARDI
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti rəisinin iki müavini vəzifəsindən azad edilib.
Sonxeber.az "qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Tibb Xidmətinin Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Salman İsrafil oğlu Məmmədov yaşa görə təqaüdə göndərilib.
Nazirin digər əmri ilə Tibb Xidməti rəisinin müavini, tibb xidməti mayoru Tale Nadir oğlu Əlirzayev də vəzifəsindən azad olunub. O, Tibb Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Tibb Mərkəzində həkim kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, polkovnik Salman Məmmədov 05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Mayor Tale Əlirzayev isə 25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda dünyaya gəlib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 871 Tarix: 15 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabr