"Medistyle Hospital"ın yarım milyondan çox borcu var (FOTO)
"Medistyle Hospital"nın yenidən dövlət vergi xidmətinə külli miqdarda borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 608 min 726 manat 77 qəpik vergi borcu yaranıb.
Hospitalın rəhbəri Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev olsa da, hazırda şirkətin qanuni təmsilçisi Samir Abbasov Vaqif oğludur.
Qeyd edək ki, sözügedən xəstəxanın əsl sahibinin fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə olduğu deyilir. İmran Ağayev isə Faiq Tağızadənin bacısı oğludur. İ. Ağayev FHN hospitalının "VIP korpus"larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham olunaraq həbs edilmişdi. O, həbsdən azad edildikdən sonra Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktor müavini vəzifəsinə təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 907 Tarix: 15 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabr