Sabiq məmuru şantaj edən qayını ilə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədr müavini Rafael Rəhmanovu şantaj etməkdə ittiham olunan Elman Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hərəkətsiz saxlanılmış işdə təyin edilmiş müddətdə tələblər yerinə yetirilmədiyindən, apellyasiya şikayəti baxılmamış saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Quliyev 10 il azadlıqdan məhrum edilib.
Qeyd: Elman Quliyev zərərçəkmiş Rafael Rəhmanovun keçmiş qayını olub. İttihamda deyilir ki, Elman Quliyev zərərçəkmiş şəxsə hədə-qorxu gələrək 100 000 manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Rafael Rəhmanov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin keçmiş rəisi Aydın Bəşirovun dövründə onun müavini olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 777 Tarix: 16 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrŞahin Hüseynli vəzifələrindən azad edildi - FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya şöbəsinin müdir müavini, Rəqəmsallaşdırma sektorunun müdiri vəzifələrindən azad edilib. -ın əldə etdiyi məlumatına görə, Şahin Hüseynli öz ərizəsi ilə işdən çıxıb. Ş.Hüseynli 2025-ci ildə həmin vəzifələrə təyin olunub. O, yen
18 sentyabrAzərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19 sentyabr