Yüksək gəlir vəd edən sahə - ARAŞDIRMA

Yüksək gəlir vəd edən sahə - ARAŞDIRMAİqtisadi İslahatların Təhlili Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında qeyd edilir ki, cari ilin ilk doqquz ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, spirtli içkilər üzrə 2022-ci ildə əldə edilən gəlir 7 891.4 min dollar, 2023-cü ildə isə 18 653.3 min dollar olub. Təxmini artım 2.4 dəfədir. Spirtsiz içkilər üzrə isə bu rəqəm 2022-ci ildə 6 387.1 min dollar, 2023-cü ildə isə 29 131.7 min dollar təşkil edib. Burada təxmini artım 4.6 dəfədir.

Göründüyü kimi, ixrac rəqəmləri müsbətdir. Bəs bu rəqəmlər sözügedən sahənin gələcəyi üçün nələr vəd edir? "Kaspi" qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.

Rusiya Azərbaycan məhsullarına möhtac qalıb

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, idxal rəqəmləri iki səbəbdən artır: "Əvvəlki illərlə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin həm idxalında, həm də ixracında artım müşahidə olunur. Səbəblərdən ən başlıcası Rusiya-Ukrayna müharibəsi fonunda bəzi markaların, brendlərin Rusiyadan çıxmasıdır. Bu da onların oxşarları və alternativlərinin Azərbaycan bazarından idxal edilməsinə gətirib çıxarıb. İkinci səbəb isə budur ki, sahibkarlar xaricə ixrac istiqamətində işlərini fəallaşdırıblar".

Dünya bazarında da rəqabət apara bilərik

X.Kərimlinin fikrincə, artım rəqəmləri çox da böyük deyil: "Hesab edirəm ki, bu göstəriciləri dəfələrlə artırmaq imkanlarımız var. Yəni ixrac potensialı hələ pikə çatmayıb. Azərbaycanda müxtəlif meyvə şirələri var ki, dünya və MDB bazarına çıxarılır. Azərbaycan məhsulları həm keyfiyyətinə, həm də qiymətinə görə MDB məkanında da, dünya bazarında da rəqabət apara bilər. Amma iki qonşu dövlət - həm Gürcüstan, həm də Ermənistan bu sahədə bizi dəfələrlə qabaqlayırlar. Gürcüstan şərabları, Ermənistan da konyakları ilə məşhurdur. Bizim rəqəmdən dəfələrlə artıq dünya bazarına spirtli içki ixrac edirlər. Düşünürəm ki, biz də artım tempini saxlaya bilərik. Amma potensial Rusiya bazarına ixracın daha da artırılmasına imkan verir".

Təşviq etmək istəyiriksə...
Ekspert bildirdi ki, ixracı daha da artırmaq üçün bu sahədə çalışan sahibkarlara dəstək məqsədilə müəyyən addımlar atılmalıdır: "İxracın artırılmasını sahibkarlar təşkil edirlər. Sadəcə, Azərbaycanda ixracı təşviq mexanizmləri kifayət qədər yaxşı deyil. Bu baxımdan ixracyönümlü iqtisadiyyatın qurulması lazımdır. İxracyönümlü iqtisadiyyat istiqamətində vergi, gömrük məcəlləsi də tənzimlənməlidir. Sahibkarların dövriyyə kapitalının əlindən çıxmaması üçün ixrac şirkətlərinə bu sahədə müəyyən müddətlik güzəştlər edilməlidir. Təşviq etmək istəyiriksə, müxtəlif ticarət evləri təşkil etmək olar. Azərbaycan hökumətinin hesabına ticarət evləri, sərgilər qurula bilər. Hökumət bunu maliyyələşdirməlidir ki, sahibkarlar xarici tərəfdaşlarını tapsın".

Bu sahədə ixtisaslaşa bilərik

İqtisadi məsələlər üzrə mütəxəssis Emin Qəribli isə qeyd etdi ki, bazarda yaranan fürsətlərdən yararlanaraq daha da inkişaf edə bilərik: "Qeyri-neft sektorunun inkişafına dair dövlət proqramları qəbul olunub. Bu səbəbdən dinamika var idi və spirtsiz içkilərdə ixtisaslaşırdıq. Qeyri-neft ixracatında şirələr mühüm rol oynayırdı. Son dövrlər tələbat artdıqca, bizim məhsullarımız Rusiya və digər bazarlara ixrac olunur. Hətta Avropa bazarlarına da çatdırırdıq. Onu nəzərə alaq ki, Rusiya bazarına müəyyən sanksiyalarla əlaqədar bir neçə şirkət məhsul ixrac etmir və ona görə imkanlar genişdir. Hesab edirəm ki, xüsusən də spirtsiz içkilərdə artıq ixtisaslaşırıq. İndi bazar genişlənir, tempi saxlaya və artıra biləcəyik. Potensialımız yüksəkdir, perspektiv çoxdur".

İxrac subsidiyalarını artırmaq olar

E.Qəribli düşünür ki, bu sahəyə diqqət artırılmalıdır: "Məhz ixracyönümlü olduğuna görə ixrac subsidiyalarını da artırmaq olar. Bu isə öz növbəsində həmin sahələrin inkişafına təkan verəcək. Bildiyimiz kimi, Qarabağ bölgəsi xüsusən spirtli içkilərdə ixtisaslaşıb. Burada xüsusi üzüm sortları var idi ki, məhz bu ərazilərə aid idi. İnanıram ki, bu ərazilər daha çox əkilib becərilərsə, imkanlarımız daha da genişlənər. Gələcəkdə həm spirtli, həm spirtsiz içkilərin ixracatında geniş imkanlar yaranacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 785   Tarix: 19 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr