"Ağdam sürətli şəkildə dünya şəhərsalma prinsiplərinə uyğun ən müasir formada yenidən qurulur"- Deputat
Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
Azərbaycanda Ağdam Şəhəri Günü ilk dəfədir qeyd olunur.Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə Ermənistan üzərində qələbə qazandı. Prezident cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində, imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi:
"Azərbaycanın sosial-iqtisadi cəhətdən ən inkişaf etmiş rayonlarından biri olmuş Ağdam 42 gün davam edən döyüşlərdən sonra 1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 128 min insan məcburi köçkün düşərək respublikamızın müxtəlif şəhər və qəsəbələrində yerləşdirilmişdir. Ağdam l Qarabağ müharibəsində ən çox şəhid verən rayon olmuşdur. Ağdam uğrunda gedən döyüşlərdə 6000-dən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti, ATƏT-in Minsk qrupunun 9 dövləti adından Ermənistanın bu işğalı pislənmiş, eləcə də 1993-cü il 29 iyul tarixində BMT TŞ da 853 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamədə Ermənistan silahlı qüvvələrinin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal qeyri şərtsiz çıxmaları qeyd olunmuşdur. Lakin Ermənistan bu qərar və qətnamələri icra etməkdən imtina etmişdir. Təəssüf ki, dünyada ikili standartların mövcudluğu səbəbindən beynəlxalq təşkilatlar Ermənistan dövlətinə qarşı heç bir təsir göstərməmişdir. İşğal dövründə Ermənistan digər işğal etdiyi ərazilərimizlə yanaşı Ağdam rayonunu da talan etmiş, yandırmış, azərbaycanlılara qarşı etnik təmizlənmə aparmışdılar.
Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə Ermənistan üzərində qələbə qazandı. Prezident cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasəti sayəsində, imzalanmış üçtərəfli Bəyanata əsasən Ağdam rayonunun işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi".
Deputat vurğulayıb ki, Ağdam sürətli şəkildə dünya şəhərsalma prinsiplərinə uyğun ən müasir formada yenidən qurulur:
"2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif edilmişdir. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Qeyd olunan Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri kimi müəyyən olunub. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizdə yenidənqurma və bərpa işlərinə başlanılmışdır. 2021- ci il 28 may tarixində Ağdamın Baş Planı təsdiq edilmiş və yenidənqurma işlərinə start verilmişdir. Ağdam rayonu işğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev 5 dəfə buraya səfərlər etmişdir. Ölkə başçımız bir çox sosial obyektlərin, məktəblərin, xəstəxanaların, eləcə də avtomobil və dəmir yollarının açılışlarında və təməl qoymalarında şəxsən özü iştirak edib. Bu gün Ağdam sürətli şəkildə dünya şəhərsalma prinsiplərinə uyğun ən müasir formada yenidən qurulur".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?
Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Leysan, dolu, qar - Sabahın havası
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR
Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər
Gələcəkdə yay yarım il davam edə bilər
Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK