İlhamə Quliyevanın bacısından mirasla bağlı Əli Mirəliyevə cavab - VİDEO

İlhamə Quliyevanın bacısından mirasla bağlı Əli Mirəliyevə cavab - VİDEOMüğənni Əli Mirəliyev yaxın qohumu, mərhum Xalq artisti İlhamə Quliyevanın mirasının bacısı Gülbahar Quliyeva tərəfindən mənimsədiyini iddia edib.

Sonxeber.az Bizim.Media-a istinadən xəbər verir ki, bununla bağlı sənətkar "Space star" maqazin verilişinə müsahibəsində deyib.

"Gülbahar, sənə nə edib bu qız (İlhamə Quliyevanı nəzərdə tutur – red.). Utanmadın, gəlib sahib oldun onun avtomobilinə, şəhərdəki evlərinə, bağına? Sən onun düşmənisən. İlhamə Quliyevanın qəbri niyə belə toz içində qalmalıdır? Mal-mülkü şirindirsə, qəbri də sizə əziz olmalıdır. İlhamənin qardaşı dünyasını dəyişib. İlhamə digər bacısı İradəni çox istəyirdi. Lakin Gülbahardan zəhləsi gedirdi.

Bunu mən çox yaxşı bilirəm. İlhamə qızıma vəfat etməzdən əvvəl demişdi ki, mən öləndən sonra bacılarımı qəbrimə yaxın buraxma. Onun mülkləri "ogey" bacılarına gismət oldu, amma xarici pasportu mənə (gülür)".

Gülbahar xanım Əli Mirəliyevin ittihamlarına belə cavab verib:

"Əli Mirəliyev çox söz deyə bilər. Biz ziyarətimizi nə vaxt lazımdırsa, gedib edirik. Qəbirsanlıqda xüsusi işçilər var. Molla və məzarları təmizləyən işçilər var. Onlar bizi bacım İlhamənin qəbrini ziyarət edən zaman görürlər. Camaatın özü də bizi orada görür. Əli Mirəliyevin səsləndirdiyi fikirlər mənə maraqlı deyil. İlhamənim qəbri toz basmayıb. Bacım İlhamə ilə hər zaman münasibətim yaxşı olub. Gediş-gəlişimiz də olub. Anamız rəhmətə gedəndən sonra İlhamə xanım bacımız İradənin evində yaşayıb. Əli Mirəliyev ondan uzaq idi və illərlə İlhamə xanım onunla danışmayıb. Bunu mən demirəm, bunu hamı bilir".

Qeyd edək ki, İ.Quliyeva sağlığında "Mənim Əli Mirəliyev adında qohumum yoxdur. Yalan söyləyir. O, mənim qohumum deyil. Özünü mənim sayəmdə reklam etməsin. Mən bunu ona qadağan edirəm" açıqlamasını vermişdi.

Ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti trombdan (qan damarının tutulması) 2016-ci ildə dünyasını dəyişib. O, 80-cı illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünovanı daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. Quliyeva məşhur müğənni Tükəzban İsmayılovanın qızıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1676   Tarix: 20 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr