Hacıqabulda dəhşətli qəzanın TƏFƏRRÜATI: Maşın aşaraq 40 metr sürüşdü, iki uşaq öldü - YENİLƏNİB + FOTO/VİDEO
Ötən gecə Hacıqabul rayonunda iki məktəblinin ölümü ilə nəticələnən ağır avtomobil qəzasının təfərrüatı məlum olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Rafail Şirəliyev kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü ilə əlaqədar 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu "Toyota Pirius" markalı avtomobilinə əyləşdirərək yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış.
Saat 21 radələrində avtomobil Abdulabad kəndindən Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə "Toyota Prius" aşmış halda 40 metr məsafəyədək sürüşüb.
Sürücünün oğlu Əliyar, eləcə də doğum günü olan Məhəmməd hadisə yerində ölüb.
Doqquz yaşlı Pənah sol bud və bazu sümüklərinin sınığı, sürücü isə bütün bədənin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzaya düşən yeniyetmələr Abdulabad kənd orta məktəbinin şagirdləri olublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
22:17
Hacıqabulun Abdulabad kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
"Report"un məlumatına görə, xəsarət alan üç nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, bundan öncə Hacıqabulda avtomobilin aşması nəticəsində bir nəfərin öldüyü, üç nəfərin yaralandığı açıqlanmışdı.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
21:57
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə rayonun Abdulyan kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Afra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Nəsimi rayonunda fəaliyyət göstərən "ELMA" restoranı sakinlərin gecə yuxusunu haram edib (VİDEO)