"ABŞ ordusunu sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?" - Zahid Oruc

"ABŞ ordusunu sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?" - Zahid Oruc"ABŞ ordusunu sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?"

Sonxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ABŞ Senatının qərarı XXI əsrdə Zəfər qazanan Azərbaycan xalqının qəhrəmanlığının əzilən bütün millətlərə nümunə olacağından qorxudan irəli gəlir: "İndi 92-ci ildəki məğlub yox, qalib xalqa qarşı cəza istəyirlər. Bayden administrasiyası sentyabrın 20-dən sonra Azərbaycanla münasibətlərin pisləşdiyini deyir və guya bizi sülhə gətirirlər. Azərbaycanın Ermənistana hücum edəcəyini dövlət katibi Blinkenin adından yayıb, sonra təkzib edənlərin niyyəti barış deyil. "Dağlıq Qarabağın gələcəyi" adlı dinləmə keçirənlər, separatizmin ideoloqları və ünvanıdılar. Vaxtilə, Vudro Vilsonun qərarı və Arbitraj məhkəməsinin aktları nəydisə, indi Senatın siyasi addımları da odur.
Gerçəkdənmi Ağ Ev Azərbaycana Xankəndini azad edəndən sonra fikrini dəyişib. Əsla yox. 44 günlük müharibənin qəfil başlanmasından xəbər tutmayan Mərkəzi Kəşfiyyat İdarəsi bir dövlətin qələbəsini və Cənubi Qafqazdakı geosiyasi inqilabın Qərbi, Avroatlantik dövlətləri regiondan çıxarmasını qəbul edə bilmir. ABŞ istəyir ki, müqavilə onların şərtləri ilə Vaşinqtonda imzalansın, ona görə mediası, USAİD kimi onlarla inqilab yayan maliyyə və qeyri-dövlət institutları, Konqresi ilə Dağlıq Qarabağın gələcəyini Azərbaycandan kənarda axtarır".

Deputat bildirib ki, ABŞ-nin hərbi yardımları dayandırması Prezident İlham Əliyevi müstəqil siyasətdən daşındırmaq, ölkəni antirus koalisiyasına qoşmaq və sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır: "Beləliklə, Ermənistanın təhlükəsilziyinə ən böyük zərbəni Türkiyə və Azərbaycan deyil, Amerika vurur. Çünki onu öz imperiya oyunlarına alət edir, İrəvanı ayaq altına çevirir. Amerika silahlarının Ermənistanı veriləcəyi, NATO qüvvələrinin süngüsü altında erməniləri Xankəndiyə qaytarmağa çalışacağı şübhə doğurmur. İrəvanda hərbi təlimlər, göndərilən instruktorların planı budur. Onlar guya Azərbaycanı Zəngəzura hücuma təhrik etdiklərini düşünürlər, lakin dərk etmirlər ki, İlham Əliyev Brüsseldən və Vaşinqtondan idarə olunan, indi ərazi bütövlüyünü itirən rəhbərlərdən deyil. Qərb dünyası Rusiya ordusunun kiçik bir hissəsinin sülhpərvər olmasını istəmir, onlara işğalçı rus ordusu obrazı gərəkdir ki, guya onları qorumaq adı ilə qoşununu yeritsin. 800 milyard dollarlıq İraq əməlyyatında 654 min, 2 trilyon dollara başa gələn Əfqanıstan müharibəsində 200 minə qədər insan tələfatından sonra Amerika ordusunu gətirib sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?"

Z.Oruc vurğulayıb ki, son 30 ildə Vaşinqton indi DTX təcridxanasında yatan Qarabağ rejiminə 200 milyon dollar ayırmaqla sepatarizmi maliyyələşdirib: "Əvəzində Birləşmiş Ştatlar torpaqlarımızın işğaldan təmizlənməsinə bir qəpik də xərcləməyib, çünki silahı başqa dövlətlərdən almışıq. Beynəlxalq Ədalət Məhkəmisinin, Roma statunu Ermənistanın ratifikasiyasının, BMT İnsan Haqları Şurasında ardıcıl müzakirələrin, Okampo adlı bədnam sabiq prokurorun, Avropa İttifaqında keçirilən silsilə müzakiirələrin hamısı bir ünvandan - Vaşinqtondan idarə olunur. Biz ermənilərə müraciət edirik, qoy onlar görsünlər ki, son yüz ildə Amerika və Fransanın Qafqaza sahib olmaq istəməsinin nəticəsində Ermənistanda yaşayan əhali qədər Amerikaya, onun üçdə biri qədər Fransaya erməni əhali köçüb və onlar "mühacir millət"ə çevriliblər. Azərbaycan xarici yardımlardan asılı ölkə deyil və Bayden Senatın qərarını imzalasa, o, qorbaçovlaşacaq və Qafqazda qanlı müharibələrin müəllifinə çevriləcək. Ona görə də biz hansı addımları atmalyıq? Bütün millətimizlə və daha çox dövlətlərin müttəfiqliyi ilə qələbəmizi qorumaq, Amerikanın çoxqütblü siyasi qüvvələri ilə intensiv çalışmaq və nəhayət, Türkiyə ilə Ermənistan sərhədlərini açaraq Qərbin planlarını iflasa uğratmalıyıq. Əgər 34 ildə bütün şantajlara, təzyiqlərə sinə gərib zəfər qazanmışıqsa, indi qlobal hücumları dəf edə biləcəyik!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 900   Tarix: 21 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr