Oğlunun nişanına aldığı "Socado" konfetləri qurdlu çıxdı - "Aplus" mağazalarını məhkəməyə verdi

Oğlunun nişanına aldığı "Socado" konfetləri qurdlu çıxdı - "Aplus" mağazalarını məhkəməyə verdiBakıda vətəndaş oğlunun nişan mərasiminə aldığı konfetdən qurd çıxdığı üçün "Aqro-Vest Retail" MMC-yə məxsus "A PLUS MOVİDA" supermarketindən 10 min manat təzminat tələb edib.

Qaynarinfo-nun məlumatına görə, vətəndaş Orucəli Cabbarov (ad-soyad şərti) Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 11 ünvanında yerləşən supermarketi məhkəməyə verib.

O.Cabbarov iddia edib ki, oğlunun nişan mərasiminə hazırlıqla əlaqədar sözügedən mağazadan 16,80 manat dəyərində "Socado" əmtəə nişanlı konfet alıb və aldığı məhsulun içindən qurd çıxıb: "Nişan mərasimində həmin konfetdən qonaqlara paylanılıb. Bir gün sonra bir neçə yaxın qohum (xalası qızı, qardaşı qızı, xalası oğlunun yoldaşı, öz qızı və oğlunun nişanlısı) zəng edib, konfetin xarab olduğu və içərisindən qurd çıxdığını bildirdi. Oğlumun nişanlısı xarab konfetin şəklini, xalası qızı da videosunu çəkib mənə göndərdi. Özümü elə bir acınacaqlı və həqarətə uğramış vəziyyətdə hiss etdim ki, hələ indiyə qədər özümə gələ bilməmişəm. Bütün qohumlarının, ən əsası isə oğlunun nişanlısının, yeni qudalarımın yanında mənəvi cəhətdən çox bərbad vəziyyətdə qaldım. "A PLUS MOVİDA" supermarketindən həmin məhsulu alarkən düşünə bilməzdim ki, burada köhnə və keyfiyyətsiz məhsullar satıla bilər. Dərhal supermarketə yollandım və xarab məhsulun foto və videosunu onlara göstərdim. Konfetə görə ödədiyim 17 manatın geri qaytarılmasını tələb etdim. Mənəvi həqarətə uğradığıma və market rəhbərliyinin belə kobud məsuliyyətsizlinyə görə bu addımı atmağa məcbur oldum. Lakin "A PLUS MOVİDA" supermarketinin məsul şəxsləri heç bir iradı qəbul etmədi, pulu geri qaytarmadılar. "A PLUS MOVİDA" supermarketini işlədən vergi ödəyicisi "AGRO-VEST RETAİL" MMC-dir. Cavabdeh MMC tərəfindən keyfiyyətsiz və xarab məhsulun satılması ilə mənə həm maddi, həm də mənəvi ziyan vurulub. Məhkəmələr tərəfindən istehlakçıların hüquqlarını pozan bu kimi sahibkarlara qarşı sərt tədbirlər görülməlidir ki, növbəti dəfə belə məsuliyyətsizliklərə yol verilməsin".

Lakin MMC-nin nümayəndəsi O.Cabbarovun iddiasını rədd edib. Bunu onunla əsaslandırıb ki, idiaçı aldığı məhsulun yalnız iki ədədini 11-12 gün sonra mağazaya təqdim edib, bu zaman satış çekini təqdim etməyib. Həmin məhsulun qurdlu olduğu, məhz onun tərəfindən həmin həmin supremarketdən alındığını təsdiq edə bilməyib, 11-12 gün ərzində məhsulun onun tərəfindən hansı şəraitdə saxlanılmasına dair sübut təqdim etməyib.

Sabunçu rayon Məhkəməsinin hakimi Tahirə Əsədova O.Cabbarovun iddiasını rədd edib.
Oğlunun nişanına aldığı "Socado" konfetləri qurdlu çıxdı - "Aplus" mağazalarını məhkəməyə verdi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1386   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr