"Məhkəmələr bir çox hallarda işçilərin pozulmuş hüquqlarını bərpa edir" - RƏY

"Məhkəmələr bir çox hallarda işçilərin pozulmuş hüquqlarını bərpa edir" - RƏYHazırda məhkəmələrdə əmək mübahisələri ilə bağlı kifayət qədər işlər var. Belə ki, işçi ilə işəgötürən arasında işdən çıxarılma, əməkhaqqı, ödənilməli olan müavinətlər, məzuniyyət və digər məslələrlə bağlı məhkəmə çəkişləmələrinə tez-tez rast gəlinir. Bəs bu hallarda məhkəmə təcrübəsi necədir? İşçi hüquqlarının qorunması istiqamətində məhkəmələrin mövqeyini necə qiymətləndirmək olar?

Vəkil Roman Qaraşov mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında deyib ki, əmək mübahisələrində məhkəmələr daha çox tərəflər arasında barışığın əldə olunmasına çalışır.

Vəkilin sözlərinə görə, əmək mübahisələri arasında işdən çıxarılma ilə bağlı iddialar çoxluq təşkil edir: "Praktikada belə bir mənfi tendensiya var ki, işəgötürənlər əsassız olaraq müddətli əmək müqavilələrinə üstünlük verir. Bunu ona görə edirlər ki, istədiyi zaman müqaviləyə xitam verə bilsinlər. Bu, bir növ sui-istifadədir. Çünki Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlandığı hallar müəyyən olunub. Yəni, bu tip müqavilələr işin xarakterinə uyğun olaraq bağlana bilər. İş müddətli xarakter daşıyırsa, müddətli əmək müqaviləsi bağlana bilər. Amma işəgötürənlərin bu məsələdə sui-istifadə etməsi sonda məhkəmə mübahisələri ilə nəticələnir. Əsassız olaraq müqaviləyə xitam verildikdə işçi qanunsuz işdən çıxarıldığını iddia edərək məhkəməyə müraciət edir. Məhkəmə isə əksər hallarda tərəfləri barışığa gətirməyə çalışır. Fikrimcə, bu çox müsbət haldır. Təcrübədə belə hallara çox rast gəlinir".

R.Qaraşov deyib ki, əmək haqqının vaxtında ödənilməməsi, iş vaxtından əlavə işə cəlb olunma, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işlərin yerinə yetirilməsi və s. kimi hallarda isə işçilər öz hüquqlarını tələb etməkdən çəkinirlər: "Heç kim istəmir ki, işəgötürənlə problem yaşasın. Yalnız işdən çıxdıqdan sonra həmin məsələlərlə bağlı məhkəmədə iddia qaldırırlar".

Vəkilin fikrincə, əmək mübahisələrinin yaranmasında əsas problemlərdən biri də işçilərin əmək müqaviləsi ilə vaxtında tanış olmaması ilə bağlıdır: "Bəzən işçi heç bilmir ki, onun əmək funksiyaları nədən ibarətdir. Ona görə də ona əlavə iş tapşıranda, yaxud iş saatlarından əlavə işə cəlb olunduqda etiraz edə bilmir. Çünki elə insanlar var ki, iş tapmaqda çətinlik çəkirlər, hardasa işə qəbul ediləndə də çox araşdırmağa, iş yerindəki hüquq və vəzifələrini öyrənməyə maraqlı olmurlar. İşəgötürən müqaviləni verib deyir ki, qol çək, o da götürüb qol çəkir və başlayır işləməyə. Yalnız hər hansı məhkəmə mübahisəsi yarananda müqaviləni görür və öz vəzifə təlimatları ilə tanış ola bilir. Halbuki müqavilə ilə əvvəlcədən tanış olmalı, müqavilənin bir nüsxəsi də ona verilməli idi".

Sərbəst auditor Altay Cəfərov isə deyib ki, əmək mübahisələrində məhkəmələr daha çox işçilərin xeyrinə qərar çıxarır: "Məhkəmə qərar çıxararkən Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarlarına da baxır. Çünki hər hansı qanun pozuntusu ilə rastlaşdıqda işçilər ilk növbədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edir. Xidmətin qərarlarına reaksiya olmadıqda işçilər məhkəməyə üz tuturlar edirlər. Belə hallar olanda məhkəmələr 70-80 faiz hallarda işçilərin xeyrinə qərarlar çıxarırlar.

Onun sözlərinə görə, hazırda işçilərin əksəriyyəti öz hüquqlarını bilirlər: "Onlar hər hansı bir qanunsuzluqla qarşılaşdıqda dərhal müvafiq qurumlara müraciət edirlər. Hətta işdən çıxarılma prosesi tam qanuni olduqda belə işəgötürənin bu qərarı ilə bağlı şikayətlər verir, iddia qaldırırlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 750   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr