Tanınmış aparıcı: "Gəlin İncəsənət Universitetini bağlayaq, aktyor yetişdirməyək" - VİDEO
"Bir insanın sənəti olmayanda ömür boyu axtarışda olur. Görə biləcəyi iş olmayanda "Hini olmayan toyuqlar var, harada yumurtlayım" deyə, yer axtarırlar. Buna bənzəyir. Qeyri-peşəkarlıqdır".
Bu sözləri Əməkdar artisti Azər Axşam "Gül kimi şou"da deyib.
O, təhsili olmayan, lakin aktyorluq edən şəxsləri tənqid edib:
"Bir nəfərə belə sual vermişdim ki, əgər həkimlik diplomun olmasa, cərrahiyyə şöbəsini oxumasam, məni əməliyyat masasına buraxarlar? Cavab verdi ki, yox, insan ölə bilər. Söylədim ki, bizim də sənətdə qeyri-peşəkarları buraxanda mənəviyyat ölür axı, hansı daha təhlükəlidir, insanın, yoxsa kütləvi mənəviyyatın ölməyi? Cavab verə bilmədi, razılaşdı.
Yox, tərafdarı deyiləm ki, insanlara qadağalar qoyaq. Aktyorluq Allahdan verilən bir istedaddır. Amma bəs bunun nə üçün məktəbi, universiteti, dərsi var? Nə üçün yaradılıb? Bir insan sadəcə istedadlıdırsa, onu gətirək çəkək? Axı səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar var. Bunların hamısı universitetdə tələbələrə dərs kimi keçilir. Gətirək istedadlı birini filmə çəkək. Onda belə çıxır ki, bunlar lazım deyil. Biz çəkdiyimiz insanların aldığı savada, məktəbinə önəm vermiriksə, deməli lazım deyil. Onda gəlin, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bağlayaq, daha aktyor yetişdirməyək. Çünki maşallah, hamı aktyordur"./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 945 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?
Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar
19 sentyabrMədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrSOCAR neftçiləri təbrik edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:
19 sentyabr