Milli Məclisin sədri beş ölkənin səfiri ilə görüşüb

Milli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının, Səudiyyə Ərəbistanı Krallığının, İordaniya Haşimilər Krallığının, Xorvatiyanın və Yunanıstanın səfirləri ilə görüşüb.

Sonxeber.az xəbər verir ki, Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə görüşdə Sahibə Qafarova onu Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.

Görüşdə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə - siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə, habelə regional əməkdaşlıq və nəqliyyat sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Mixail Yevdokimov Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, xalqlarımız arasında dostluq münasibətlərinin olduğunu söyləyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Milli Məclisin sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteylini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verir.

İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın xalqlarımızın maraqlarına uyğun olduğunu vurğulayıb, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikirlərini səsləndirib.

Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Barakat Əl-Naharı qəbul edib. Milli Məclisin sədri onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.

Azərbaycan ilə İordaniyanın iki dost və qardaş ölkələr olduğunu deyən spiker Sahibə Qafarova, bu il diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Spiker ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu, hazırda müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Ömər Barakat Əl-Nahar qəbula və təbriklərə görə təşəkkürünü bildirib, ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə ikitərəfli əlaqələrin daha da inkişaf etməsi üçün bütün səylərini səfərbər edəcəyini qeyd edib.

Sahibə Qafarova Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə görüşdə Azərbaycanla Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirdiyini bildirib. Spiker Xorvatiya Parlamentinin vitse-spikeri Davorko Vidoviçin bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla qeyd edib. Spiker bildirib ki, Xorvatiya parlament nümayəndə heyətinin Azərbaycana səfəri və səfər zamanı işğaldan azad edilmiş Ağdam şəhərini ziyarət etməsi ölkəmizdə yüksək qiymətləndirilir.

Branko Zebiç qeyd edib ki, 1995-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində münasibətlərimiz inkişaf edib. Bu gün müxtəlif sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bir çox imkanlar var.

Sahibə Qafarova Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə də görüşüb. Parlamentin sədri bildirib ki, hər iki ölkənin dövlət başçılarının görüşləri, aparılan danışıqlar əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Sahibə Qafarova Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 24 sənədin imzalandığını, müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin vacib olduğunu bildirib. Spiker enerji sahəsində də mövcud olan işbirliyindən, Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib, digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Xristos Kapodistrias Yunanıstanın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib.
Milli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri beş ölkənin səfiri ilə görüşübMilli Məclisin sədri beş ölkənin səfiri ilə görüşüb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 855   Tarix: 24 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr