Köhnə binaların həyətlərindəki qarajlar söküləcək? - AÇIQLAMA
Paytaxtın müxtəlif küçələrində hələ də istismarda olan köhnə binaların həyətində ard-arda düzülən maşın qarajları digər sakinlərin avtomobillərini parklamalarına maneə yaradır. Geniş ərazini zəbt edən bu dəmir, beton "kümələr"in çoxu ya istifadəsiz şəkildə qapısı qıfıllı buraxılıb, ya da anbara çevrilib. Əksəriyyətinin isə sənədi yoxdur. Yaşayış binalarının həyətlərinin bu cür zəbt edilməsi təhlükəsizlik baxımından da əlverişli deyil. Qarajların bəziləri hətta satılaraq "moyka" kimi istifadə edilir. Onları öz mülkiyyətinə çevirən sakinlər isə köhnə binalar sökülərkən müqabilində əlavə ödəniş alacaqlarını deyirlər. Bu mənzərədən narahat olan vətəndaşlar qarajların aidiyyəti qurumlar tərəfindən yığışdırılmasını tələb edirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Pravda.az-a açıqlamasında deyib ki, xüsusilə 20-25 il əvvəl qaraj tikilməsi dəb halını almışdı:
"Çünki maşınların parklanması üçün müəyyən çətinliklər var idi, əlverişli şərait yox idi. Altında parklama yerinə malik çoxmərtəbəli binalar olmadığından insanlar məcburən özbaşına qaraj tikirdilər ki, avtomobillərini qardan, yağışdan qorusunlar. Bir çoxları bunu sənədləşdirir, qanuni şəkildə həyata keçirirdi. Təəssüf ki, əksəriyyəti qanunsuzdur, əyri, dolayı yollarla tikilib, heç bir sənədi yoxdur, amma hələ də yerində qalır. Bir çoxu köhnəlib, sıradan çıxıb, sahibi isə gəlib sökmür. Bu məsələ qaydaya salınmalıdır. Hansısa qarajın mülkiyyət olması barədə sənəd varsa, mülkdürsə, sökülməsi müqabilində sahibinə kompensasiya ödənilə bilər. Lakin qeyri-qanuni tikənlərə heç bir vəsait ayrılmamalı, həmin qarajlar sökülməlidir. Belə qarajlar yaşayış binalarının görünüşünü də korlayır. Əvvəllər bəziləri dəmirdən, daşdan tikilirdi, hətta taxtadan tikənlər də var idi. Primitiv qaydada tikirdilər. Ümumiyyətlə, artıq qaraj tikilməsi dəbdən düşüb. Bu gün qarajlara ehtiyac yoxdur. Əgər beşmərtəbəli binalar sökülürsə, həyətindəki qarajlar da sökülməlidir. Sözsüz ki, kompensasiya məsələsi nəzərə alınacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1929 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrQeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabr