"Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır"-ŞƏRH

"Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır"-ŞƏRH"Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə Bakıda SPECA-nın Zirvə görüşünün təşkil edilməsi indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən cənab İlham Əliyevin qlobal müstəvidə qələbəsi hesab edilməlidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və coğrafi regiondur. İlk növbədə ona görə ki, Mərkəzi Asiya və Cənubi Qafqaz dünyanın enerji təhlükəsizliyi üçün ən dayanıqlı və ən perspektivli lokasiya hesab edilir. İstər ənənəvi karbohidrogen ehtiyatları, istər uran ehtiyatları, istər alternativ enerji mənbələri baxımdan, habelə Şərqlə Qərb arasında kommunikasiya, təhlükəsiz ticari və nəqliyyat imkanları baxımdan proqrama üzv dövlətlər, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın ayrı-ayrılıqda önəm və çəkiləri getdikcə artmaqdadır. Xüsusən Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni konfiqurasiya daha geniş perspektivlər vəd etdiyi bir şəraitdə.
"Qlobal gedişat II Dünya müharibəsindən sonrakı qaydalar üzrə davam etmir və bəşəriyyət tamamilə yeni formasiya ilə üz-üzədir. Bildiyiniz kimi, Prezident İlham Əliyev 2022-ci il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq kifayət qədər önəmli bir mesaj vermişdi: "Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirməyə, bayrağımızı həmişə uca tutmağa hazırıq".
Həqiqətən də, ötən iki il ərzində Şərqlə Qərb arasında ziddiyyətlər soyuq müharibədən sonra özünün ən gərgin dövrünü yaşamaqdadır və hətta prosesləri üçüncü Dünya müharibəsi kimi qiymətləndirənlər də var. Əlbəttə, belə çətin mərhələlərdə yalnız güclülərin öz maraq və mənafelərini müdafiə edə bilməsi mümkündür. Vətən müharibəsi, sonrakı period, xüsusən antiterror təbirlərinin ardınca yaranan reallıqlar bir daha sübut etdi ki, cənab İlham Əliyev qüdrətli, özünün dövlət maraqları, xalqın mənafelərini qoruyan və ləyaqətlə təmin edən qüdrətli Azərbaycan dövləti qura bilib.
Təbii ki, bu prosesdə ən önəmli amil Azərbaycanın müstəqil siyasi subyekt olması ilə bərabər, həm də tam suveren iqtisadi imkanlara sahib olmasıdır. Məhz bu məqamlar Azərbaycana heç kimdən asılı olmadan müstəqil şəkildə maraqlarını təmin etməyə imkan verir.
Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan etsə də, başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağın tərəfdarı olsa da, bu gün bir sıra qlobal subyektlər özlərinin qeyri-hüquqi və ədalətsiz mövqelərinin müdafiəsi üçün beynəlxalq normaları ikinci plana keçirməkdə israrlıdır. ABŞ, Fransa, Kanada və s. kimi dövlətlərin öz niyyətlərini realizə etməsi üçün münaqişə ocaqları, separatizm yuvalarının mövcudluğu şərtdir. Vətən müharibəsində qələbəsi, antiterror təbirləri ilə isə separatizmə son qoymaqla Azərbaycanın yaratdığı yeni reallıqlar bu mənada həmin subyektlərin çirkin maraqlarına zidd idi. Bu baxımdan istər Fransa, istər Avropa İttifaqının ayrı-ayrı strukturları, o cümlədən ABŞ-dən Azərbaycana münasibətdə təzyiqlər selinin şahidi olmaqdayıq. Lakin cənab İlham Əliyev elə geosiyasi konfiqurasiya formalaşdırıb ki, əksinə Azərbaycanla qlobal və regional müstəvidə qarşı-qarşıya gəlmək, həmin dövlət və subyektlərin özlərinin maraqlarına zidd situasiyaya çevrilir.
Bakıda cənab İlham Əliyevin sədrliyi ilə SPECA-nın Zirvə görüşünün təşkil edilməsi, üzv dövlətlərin birinci şəxs qismində, üzv olmayan bəzi ölkələrin rəhbərlərinin fəxri qonaq qismində tədbirə təşrifi, habelə çoxsaylı qlobal təsisatların rəhbərlərinin və nüfuzlu xadimlərinin iştirakı mövcud təzyiq cəhdləri fonunda Azərbaycanın nəinki zəifləmədiyi, əksinə mövqelərini qətiyyətlə gücləndirdiyini ortaya qoydu. Prezident İlham Əliyev bir daha əməli olaraq göstərdi ki, Azərbaycan qocalmaqda, dağılmaqda olan Qərb imperializminə yox, çöküşünü yaşayan Qərb Azərbaycana və Mərkəzi Asiyaya möhtacdır.
Bakı Zirvəsinin özünün perspektivlərinə gəlincə, bildiyiniz kimi, son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın ikitərəfli formatda inkişafını təşviq etməkdə, münasibətlərimizi yeni müstəviyə yüksəltməkdədir. SPECA çərçivəsində fəaliyyət isə həm də paralel olaraq çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit platforma hesab olunur və Qərbin çökməkdə olan qərəzli platformalarından fərqli olaraq hər bir üzv dövlətin xalqlarının mənafelərinin daha etibarlı qorunmasına, rifahın yüksəldilməsinə yönəlib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 756   Tarix: 24 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr