Yeganə qızı xərçəng xəstəsi olan anadan yardım ÇAĞIRIŞI: 15 min manat toplamalıyam - FOTO
"Hər şey Pınarın idman dərsi zamanı yıxılaraq ayağını zədələməsi ilə başladı. Həkim bizi əmin etdi ki, heç nə yoxdur. Biz yay tətilinə qədər gözlədik və sonra qızımızı Bakıya apardıq. Onlar maqnit rezonans tomoqrafiyası etdilər, ardınca biopsiyanı təhlil etdilər. Nəticədə qorxulu diaqnoz qoyuldu - sarkoma".
Bu barədə Abşeron rayon, Saray kənd sakini, yeganə qızı xərçəng xəstəliyindən əziyyət çəkən Ramila Həsənova Media.Az-ın redaksiyasına müraciətində danışıb.
Onun sözlərinə görə, gec müraciət etdikləri və metastaz başladığı üçün həkimlər məyusedici proqnozlar veriblər.
"Beləliklə, Pınarı Türkiyəyə gətirdik, orada müalicə etməyə hazırdırlar. Metastazlar qaraciyərə təsir etdi, buna görə də orada maye yığılır. Qızıma mayenin boşaldılması üçün xüsusi boru qoyulmuşdu... Bu səbəbdən ayaqları çox şişdi. Pınar da kimyaterapiya alır və proses çox ağır keçir", - deyə o vurğulayıb.
15 yaşlı Pınar hazırda ikinci aydır ki, Ankarada xəstəxanada müalicə olunur. Ailənin artıq pulu qurtarıb, qarşıda 15 min manatlıq əməliyyat gözlənilir.
"Növbəti mərhələ əməliyyatdır, amma bizim bunun üçün heç bir vəsaitimiz qalmayıb. Bundan əvvəl qohumlarımız bizə kömək edirdisə, indi onların maddi imkanları tükənib. Nə edəcəyimizi belə bilmirik. Pula qənaət etmək üçün Ankarada kirayədə deyil, qızımla xəstəxana otağında qalıram. Yoldaşım taksi sürücüsü işləyir, ayda 350-400 manat maaş alır. 15 min manat toplamaq lazımdır. Bunun 12 mini əməliyyat, 3 mini isə dərman xərcləridir. Xahiş edirəm yeganə qızımı xilas etməyə kömək olun. Yaxşı oxuyurdu, müəllim olmaq istəyirdi..." - deyə Pınarın anası kömək istəyir.
Hər kəsi yeniyetmənin probleminə laqeyd yanaşmamağa və bacardıqları qədər kömək etməyə çağırırıq.
Ramilə xanımla əlaqə nömrəsi: (070) 993-29-32.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər
Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO