Prezident İlham Əliyev Laos Prezidentini və xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisuliti təbrik edib.
Bu barədə President.az xəbər verib.
Təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Laos arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 814 Tarix: 02 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident dövlət agentliyinin bəzi əməkdaşlarını TƏLTİF ETDİ - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikas
16 martAzərbaycan MN: Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik
Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliy
13 martXIII Qlobal Bakı Forumu dünya ictimaiyyətinin diqqət mərkəzindədir
Bəşəri problemlərin həlli yollarının ən ideal məkanı olan Bakı yenidən dünyanın diqqət mərkəzinə düşdü. Planetin xilası üçün iqlim savaşından qalib ayrılan, xalqları, ölkələri yaxınlaşdıran Azərbaycan yaşıl diplomatiya müzakirəsinin ardınca bu dəfə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarını
12 mart"Sülhdən yaxşı heç nə ola bilməz" - Prezident
"Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa İttifaqı Şurasını
11 mart