Erməni separatçılar isterikada - sülh anlaşması yaxınlaşdıqca...

Erməni separatçılar isterikada - sülh anlaşması yaxınlaşdıqca...Separatçı tör-töküntülər guya "mövcud" olduqlarını göstərirlər; politoloqun şərhi

Noyabrın 28-də İrəvanda mifik "artsax parlamenti"nin nəzərdə tutulan iclası baş tutmayıb. Böyük ehtimalla Nikol Paşinyan hökuməti Azərbaycanın məsələyə həssaslığını nəzərə alaraq buna imkan verməyib. Ancaq belə görünür ki, "Qarabağ məsələsinin hələ bitmədiyini" iddia edən separatçı elementlər və radikal-revanşistlər təxribatlardan əl çəkmək niyyətində deyillər.

"Yaxın günlərdə qeyri-standart vəziyyətə və bəzi texniki problemlərə görə mütləq parlamentin (qondarma-red.) sessiyasını çağıracağıq. Sessiya yubanır, amma tezliklə mütləq baş tutacaq".

Bunu mifik "artsax parlamenti"nin uydurma "Ədalət fraksiyası"nın üzvü Metaxe Akopyan bildirib.

"Artsax parlamenti buraxılmayıb, bizim bütün gündəliyimiz artsax məsələsinin qapanmamasına xidmət edəcək. Ermənistanda bəzi insanlar artsax məsələsinin bağlandığına inandırmağa çalışırlar, lakin şüurlu insanlar başa düşürlər ki, bu məsələ qanunun gücü hesabına heç də bağlanmayıb. Biz öz fəaliyyətimizlə hər şeyi etməliyik ki, biz olmasaq da heç olmasa bizdən sonrakı nəsillər artsaxa qayıtmaq imkanı olsun", - Akopyan sayıqlayıb.

Saxta deputata görə, "artsax parlamenti" beynəlxalq platformalarda "artsax məsələsi"ni necə gündəmə gətirmək barədə siyasi qərar verməlidir.

Xatırladaq ki, özlərini deputat sayan separatçı-kriminalların yığışmaq istədikləri gün (noyabrın 28-i) həm Ermənistan prezidenti, həm də parlamentin spikeri bir daha bəyan ediblər ki, ölkədə "artsax institutlarına" ehtiyac yoxdur, çünki Qarabağ problemi artıq mövcud deyil. Separatçılar isə dirəşməyə davam edir.

Görəsən onlara bu cəsarəti verən kimdir? Rusiyanın da məsələdə barmağı varmı? Paşinyan iqtidarı sülh prosesinə zərbə vuracaq bu avantüristləri cilovlaya biləcəkmi? Şübhə yox ki, sülh sənədinin imzalanma ehtimalı artdıqca belə təxribatlar çoxalacaq.

Bəs separatçı ünsürlərin bu cür "fəaliyyəti" və bəyanatlarının arxasında hansı məqsədlər dayanır? Bakı buna əhəmiyyət verməlidir?

Politoloq Oktay Qasımov "Yeni Müsavat"a bildirdi ki, həm Ermənistanda, həm müxtəlif dövlətlərin nümayəndələrinin dilindən Qarabağ məsələsinin hələ bitmədiyi ilə bağlı açıqlamalar ara-sıra səslənir. Bu, Azərbaycana təzyiq etmək üçün bəzi dövlətlərin, xüsusilə də Qərbin əlində təzyiq vasitəsi kimi saxlamağa çalışmaq cəhdidir: "Həm Amerika Konqresinin bəzi üzvləri, həm Fransanın bəzi rəsmi şəxsləri, o cümlədən Qərbdəki müəyyən siyasətçilər bu termindən istifadə edərək belə fikirlər söyləyirlər. Amma həqiqət bundan ibarətdir ki, Qarabağ məsələsi artıq bitib. Ən önəmli məsələ ondan ibarətdir ki, artıq Azərbaycanın daxilində onun təhlükəsizliyinə təhdid yaradacaq hər hansı separatçı factor yoxdur, bu factor ortadan qaldırılıb. Digər tərəfdən 28 sentyabrda qondarma separatçı qurum əslində heç bir qanuni əsas təşkil eləməsə də özünü buraxdığını elan edib. Hərçənd belə qondarma qurumun yaranmasının özü qanunsuz idi. Belə ki, 1988-ci ildən 1991-ci ilin sonuna qədər Qarabağ ərazisində separatçıların qəbul etdiyi bütün qərarlar həm Azərbaycanın o zamankı Ali Soveti-Milli Məclisi, o cümlədən SSRİ dövlət qurumları tərəfindən ləğv olunub və onlar heç bir hüquqi əhəmiyyət daşımırdı. Amma bütün bunlarla bərabər bütün hallarda 28 sentyabr 2023-cü ildə separatçı qondarma rejimin rəhbərinin imzaladığı "sərəncam" da bir daha Qarabağ məsələsinin bitdiyini ortaya qoydu. Heç təsadüfi deyil ki, Ermənistanın bütün rəsmi şəxsləri, prezidenti, baş naziri, parlament sədri və digərləri Qarabağ məsələsinin bitdiyini dəfələrlə qeyd ediblər".

O ki qaldı keçmiş qondarma rejimin qondarma "parlament üzvlərinin"hansısa təşəbbüslə çıxış etmələrinə politoloq qeyd etdi ki, onların bu cür hoqqabazlıqlarının bizim üçün əhəmiyyəti yoxdur və narahatlıq doğurmur: "Ermənistanda həmin separatçıların arxasında duran qüvvələr var. Onlar revanşist Qarabağ klanıdır. Bu klanın başında dayananlar separatçılardan istifadə edərək guya Qarabağ məsələsinin bitmədiyi ilə bağlı rəy formalaşdırmağa çalışırlar. Separatçıların Ermənistanda toplanması və bu cür fikirlər irəli sürmələri yalnız Rusiyadakı hansısa qüvvələrlə bağlı deyil, onları bu istiqamətdə daha çox təhrik edən Qərb strukturlarıdır. Onlar belə rəy yaratmağa çalışırlar ki, guya keçmiş qondarma rejim hələ də yaşamaqdadır və "parlamenti" fəaliyyət göstərir. Bundan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışırlar. Ermənistan hakimiyyəti də maraqlı ola bilər ki, separatçıların hansısa formada özlərinin guya mövcudluğunu saxladığı görüntüsü yaransın və bu da Ermənistana danışıqlar prosesində hansısa əlavə guya ki, bəhanələr versin. Ancaq ermənilərin və onların dəstəkçilərinin nə etmələrinə baxmayaraq, əsas məsələ budur ki, Azərbaycan Qarabağ məsələsini həll edib".

Mənbə: musavat.com


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1017   Tarix: 02 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu - VİDEO

Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan - Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub. xəbər verir ki, bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb. Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfində

26 iyun 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021