Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq

Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıqTürkiyə regionda iki fərqli istiqamətdə artan təhlükəsizlik təzyiqi ilə üz-üzədir. Bir tərəfdən Ankara Səudiyyə Ərəbistanının təhlükəsizliyinin müdafiəsi çərçivəsində hərbi qüvvə və imkanların Krallıq ərazisinə sürətlə yerləşdirilməsi barədə qərar verib. Digər tərəfdən, Qara dənizdə Türkiyə ilə əlaqəli mülki gəmilərin hücuma məruz qalması Ankara üçün yeni təhlükəsizlik sualları yaradıb. Xüsusilə Qara dənizdə türk gəmilərinə qarşı hücumların artması və Türkiyənin xarici işlər naziri Hakan Fidanın müharibənin Qara dənizə yayılmasının qəbuledilməz olduğunu bildirməsi vəziyyətin ciddiliyini ortaya qoyur.

Belə bir şəraitdə əsas sual yaranır: Türkiyə eyni vaxtda həm Yaxın Şərqdə hərbi öhdəliklərini artırarkən, həm də Qara dənizdə öz vətəndaşlarının və gəmilərinin təhlükəsizliyini qorumağa çalışaraq regional müharibələrin birbaşa tərəfinə çevrilmək riski ilə üzləşirmi? TRT Haber-in məlumatına görə, Məkkə Müdafiə İttifaqı çərçivəsində qəbul edilən qərar Türkiyə əsgərinin avtomatik olaraq Səudiyyə Ərəbistanına göndərilməsi demək deyil; Türkiyənin hərbi qüvvə göndərməsi milli qərar mexanizmləri və konstitusion prosedurlardan asılıdır.
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıqMövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, Türkiyənin Səudiyyə Ərəbistanında hərbi qüvvə yerləşdirməsi ilə bağlı yayılan xəbərlər Türkiyə Səudiyyə Ərəbistanı və Pakistanla birlikdə Məkkə Paktı çərçivəsində, yəni bir-birinin müdafiəsini nəzərdə tutan mexanizm əsasında müəyyən hərbi qüvvələrini həmin ərazilərdə yerləşdirə biləcəyini nəzərdə tutur. Lakin bu, hələlik yalnız yayılan məlumatlardır və bunun reallaşıb-reallaşmayacağı dəqiq deyil.

Digər tərəfdən, Qara dənizdə Türkiyəyə məxsus gəminin vurulması ilə bağlı da mətbuatda müxtəlif məlumatlar yayılıb. Bunun Rusiya tərəfindən vurulduğu iddia olunur, amma bu məsələ də hələ sübut olunmalıdır. Birinci mərhələdə Qərb mediasında bu barədə məlumatların yayılması mümkündür, lakin hadisənin əslində necə baş verdiyi araşdırılmalıdır.

Hesab edirəm ki, bütün bunlar hazırda Türkiyənin müharibəyə qoşulması və ya ciddi hərbi qarşıdurmaya cəlb olunması anlamına gəlmir. Çünki həmin regionda onsuz da müharibə gedir və Rusiya-Ukrayna müharibəsinin fəsadlarının ətraf ərazilərə də sıçraması mümkündür. Belə hadisələrdə tərəflər, bir qayda olaraq, öz mövqelərini əsaslandırmağa çalışırlar. Məsələn, Azərbaycan sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulması ilə bağlı hadisədə də Rusiya tərəfi bunun hərbi səhv olduğunu və ya buna bənzər səbəbləri əsaslandırmağa çalışmışdı.

Demək istədiyim odur ki, bu məsələlər hələ Türkiyənin müharibəyə qoşulması üçün ciddi əsas yaratmır. Əksinə, Türkiyə bu gün dünyada baş verən bir sıra böyük münaqişələrdə, o cümlədən Körfəz və Ukrayna müharibələrində birbaşa tərəf kimi iştirak etməyən və özünün balanslı mövqeyini qorumağa çalışan nadir ölkələrdəndir. Türkiyə ümumiyyətlə müharibələrə qoşulmaq istəmir.

Türkiyə hansısa bölgəyə - istər Suriya, istər Liviya, istərsə də digər istiqamətlərə - müəyyən qədər hərbi müdaxilə edirsə, bunu əsasən hərbi-siyasi balans yaratmaq məqsədilə edir, qarşıdurmanı daha da dərinləşdirmək üçün deyil.

Ona görə də düşünmürəm ki, Türkiyə yaxın vaxtlarda hansısa tərəfin hərbi müttəfiqi kimi birbaşa qarşıdurmaya qoşulsun. Təbii ki, Türkiyənin müxtəlif ölkələrlə tərəfdaşlıq münasibətləri var. Lakin söhbət sırf hərbi qarşıdurma mövqeyindən iştirakdan gedirsə, bunun hazırda dərhal baş verəcəyini düşünmürəm.

Məkkə Paktı məsələsinə gəldikdə isə, Türkiyə, əlbəttə, bu prosesin iştirakçısıdır və paktın genişləndirilməsi ilə bağlı da müxtəlif məlumatlar yayılır. Bu çərçivədə Türkiyənin müəyyən hərbi qüvvələrini həmin ərazilərdə və ya üzv ölkələrdə yerləşdirmək imkanının yaranması mümkündür. Ancaq bu da hələlik yayılan məlumat və ehtimallardır.

Burada əsas məsələ ondan ibarətdir ki, Türkiyənin həmin pakta əsasən hansısa ölkədə daimi hərbi qüvvə saxlaması mütləq şərt deyil. Ehtiyac yarandığı və müvafiq tələb olduğu halda Türkiyə paktın prinsiplərinə uyğun olaraq hərbi və digər formada dəstək verə bilər.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 502   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın geostrateji rolu artmaqdadır

Prezident İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı bildirib ki, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstərdiyini və burada da birləşdirici rol oynadığımı hamı yaxşı bilir. Dövlət başçısı Azərbaycanın həm tarixi, hə

3 oktyabr
.

YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi

Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd

3 oktyabr
.

Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq

Türkiyə regionda iki fərqli istiqamətdə artan təhlükəsizlik təzyiqi ilə üz-üzədir. Bir tərəfdən Ankara Səudiyyə Ərəbistanının təhlükəsizliyinin müdafiəsi çərçivəsində hərbi qüvvə və imkanların Krallıq ərazisinə sürətlə yerləşdirilməsi barədə qərar verib. Digər tərəfdən, Qara dənizdə Türkiyə ilə əlaqəl

6 oktyabr
.

YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur

Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd

3 oktyabr
.

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idman növü üzrə dünya çempionatının keçirilməsin

3 oktyabr
.

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəl

3 oktyabr
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

3 oktyabr
.

Prezident almaniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

3 oktyabr
.

İlham Əliyevdən Koreya və İraq prezidentlərinə məktub

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərim

3 oktyabr