Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərdə kirayə qiymətlərinin bahalaşması, münasib qiymətə mənzil tapmağın isə çətinləşməsi gözlənilir.

Bəs, yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzillərə tələbin artması qiymətləri nə qədər yüksəldə bilər, təklifin məhdud qalması fonunda bahalaşmanın qarşıdakı aylarda davam etməsi gözlənilirmi və tələbələr daha münasib qiymətə mənzil tapmaq üçün hansı ərazilərə üstünlük verə bilərlər?
Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki, yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur.

"Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının intensivləşməsi 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi artırıb. Mənzillərin kirayə qiymətlərinə təsir edən əsas amil yalnız tələbin artması deyil. Burada təklifin strukturu da mühüm rol oynayır. Bazarda tələbənin büdcəsinə uyğun və nəqliyyat baxımından əlverişli mənzillərin sayı məhduddur. Buna görə də qiymət artımı bütün mənzil seqmentlərində eyni səviyyədə baş vermir, əsas təzyiq aşağı və orta qiymət diapazonunda hiss olunur"

Ekspert bildirib ki, konkret olaraq "Bakıda kirayələr filan qədər bahalaşacaq" demək düzgün olmaz:

"Çünki şəhərin bütün rayonlarında və mənzil tiplərində eyni dinamika müşahidə olunmur. Lakin mövcud tendensiyalara əsasən, qarşıdakı qısa müddətdə, xüsusilə tələbələrin daha çox üstünlük verdiyi münasib qiymətli mənzillər üzrə birrəqəmli artımın davam etməsi real ssenaridir. Hazırkı vəziyyətdə kəskin və uzunmüddətli sıçrayışdan daha çox, tələb-təklif nisbətindən asılı olaraq lokal və ayrı-ayrı seqmentlər üzrə artım gözləmək daha əsaslıdır. Əgər təklif genişlənməsə və tələb yüksək olaraq qalsa, xüsusilə metro ətrafında və universitetlərə yaxın ərazilərdə qiymətlər ilin sonuna qədər müəyyən qədər yüksək səviyyədə qala bilər. Lakin tələbə axınının pik dövrü keçdikdən sonra bazarda müəyyən yumşalma ehtimalı da var".

Onun sözlərinə görə, məhdud büdcəli tələbələr üçün hazırkı bazarda ən səmərəli variantlardan biri iki və ya üç nəfərin birlikdə mənzil kirayələməsidir:

"Məsələn, 600 manatlıq 2 otaqlı mənzili iki tələbə birlikdə tutduqda hər birinin payına 300 manat düşür. Bu, şəhər daxilində ayrıca 1 otaqlı mənzil üçün 500-600 manat ödəməkdən daha sərfəli ola bilər. Aktiv elanlarda da belə nümunələrə rast gəlinir. Tələbələr yalnız mənzilin aylıq kirayə haqqına deyil, universitetə olan məsafəyə, metro və avtobus bağlantısına, kommunal xərclərə, depozitə, vasitəçi komissiyasına və müqavilə şərtlərinə birlikdə diqqət etməlidirlər. Çünki ucuz görünən mənzil son nəticədə nəqliyyat və digər əlavə xərclər hesabına daha baha başa gələ bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 221   Tarix: 06 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd

5 oktyabr
.

Magistraturada "pullu"ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş alıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, müvafiq ixtisaslar

5 oktyabr
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

4 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat

Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm

6 oktyabr
.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara

5 oktyabr
.

Zəif şagirdlərlə iş nə vaxt başlamalıdır? - Təhsildə erkən müdaxilə niyə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sentyabrın 11-də keçirilən 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin konfransında şagirdlərin nəticələri və xüsusilə zəif nəticə göstərən uşaqlarla iş məsələsi diqqət mərkəzində olub. Təhsil İnstitutunun təqdimatında ibtidai siniflərdə oxu və riyazi bacarıqlar üzrə müsbət dinamikanın olduğu, baz

5 oktyabr
.

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb. Nəticədə 2 nəfər həlak olub,

5 oktyabr
.

Yük gəmisinə hücumda daha 3 azərbaycanlı yaralanıb - XİN

"Oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb. Daxil olan məlumata əsasən, hücum nəticəsində Azərbaycan vətəndaşı, gəminin kapitanı 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımı

6 oktyabr