Uşaqlar arasında yayılan qorxulu xəstəlik daha bir ölkədə müəyyən olundu
İtaliyalı həkimlər ölkədə "mycoplasma pneumoniae" bakteriyasının törətdiyi pnevmoniyaya ilk yoluxma hallarını müəyyən ediblər.
Bu barədə İtaliya Ali Sağlamlıq İnstitutu xəbər verib.
Qurumun məlumatına görə, xəstəlik Peruca şəhərində respirator əlamətləri ilə xəstəxanaya yerləşdirilən iki uşaqda təsdiqlənib.
Bununla belə, institut "mycoplasma pneumoniae" patogeninin uzun müddətdir cəmiyyətdə dolaşdığını və qlobal miqyasda pnevmoniya hallarının 10-20%-nə səbəb olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Çin, ABŞ, Danimarka, Fransa, Niderland və Almaniya vətəndaşları arasında mikoplazma pnevmoniyasının yayıldığı xəbəri verilmişdi. Xəstəlik əsasən 5-12 yaşlı uşaqlara təsir göstərir.
"Mycoplasma pneumoniae" xəstələrdə bir neçə həftə davam edən öskürəyə səbəb olur. Xəstələrdə, həmçinin qızdırma, baş ağrısı və bədən səpgiləri müşahidə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 615 Tarix: 05 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədət Quliyev oğlu ilə toyda - Foto
Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun
19 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrBakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq
Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa
19 sentyabr