Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?

Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?Aşqarlar Kimyası İnstitutu 2023-cü ilin oktyabr ayının 5-də "Kimyəvi maddələrin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 21.850 manat, qalibi isə "FIDAH 2023 QRUP" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

Aşqarlar Kimyası İnstitutuna kimyəvi maddələr satacaq "FIDAH 2023 QRUP" MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 14, mənzil 22 ünvanı, qanuni təmsilçisi isə Ağayev Qılman Hafis oğludur.

Aşqarlar Kimyası İnstitutuna kimyəvi maddələr satacaq "FIDAH 2023 QRUP" MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, aidiyyatı orqanlardan tələb olunan müvafiq lisenziya və faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumat verilmir.

"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olmasının vacibliyi vurğulanır.

Aşqarlar Kimyası İnstitutu "Kimyəvi maddələrin satınalınması" lotu üzrə sifarişçi olduğu daha bir satınalmanı isə 2022-ci ilin noyabr ayının 29-da keçirib.

Bu satınalmada "ALFA 99 CORP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib edilib.

"ALFA 99 CORP" MMC 2022-ci ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ağa Nemətulla ev 56, mənzil 105/135 ünvanıdır.

Bu ünvanda onlarla MMC təsis edilib.

Aşqarlar Kimyası İnstitutu "Kimyəvi maddələrin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi "ALFA 99 CORP" MMC də şübhəli fəaliyyətlə məşğuldur. Bu təşkilatın vergi mükəlləfiyyətinə diqqət etdikdə də aydın görünür.

Hazırda "ALFA 99 CORP" MMC-nin dövlətə 52.980 manat vergi borcu var.

Aşqarlar Kimyası İnstitutunun bu cür qeyri-şəffaf fəaliyətlə məşğul olan MMC-lərlə əməkdaşlıq etməsi bir sıra suallara yol açır.

Qlobal.az məsələ ilə bağlı Aşqarlar Kimyası İnstitutundan mövqe öyrənib. İnstitutdan satınalmanın qanunauyğun formada keçirildiyini bildirdilər.

Qlobal.az Aşqarlar Kimyası İnstitutunun fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrənib.

Hesablama Palatasının informasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadə Hesablama Palatasının 2022-2023-cü illər ərzində Aşqarlar Kimyası İnstitutunda audit keçirmədiyini bildirdi.

Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu 1945-ci ildə yaradılıb.

İnstitutun baş direktoru АMEА-nın həqiqi üzvü, k.e.d., prоf., əməkdar elm xadimi Vaqif Fərzəliyevdir.

Vaqif Fərzəliyev 1987-ci ildən Aşqarlar Kimyası İnstitutuna rəhbərlik edir.
Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: "Kimyəvi maddələr" hansı MMC-lərdən alınır?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 935   Tarix: 05 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr