Həqiqət Şükürovanın icra başçısı Azər Qocayev və Həbib Misirovla SENSASİON SƏS YAZISI - Cavid Qurbanovun da adı hallanır

Həqiqət Şükürovanın icra başçısı Azər Qocayev və Həbib Misirovla SENSASİON SƏS YAZISI - Cavid Qurbanovun da adı hallanırKəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürovanın Kəlbəcər Rayon İcra Hakimiyyətinin sədri Azər Qocayev və YAP Kəlbəcər Rayon Təkilatının sədri Həbib Misirov ilə sensasion telefon danşığı sosial şəbəkədə yayılıb.

32gun.az xəbər verir ki, yerli mediada "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun adamları kimi adları hallanan şəxslərin söhbətinin əsasında Həqiqət Şükürovanın dələduzluq maddəsi cinayət işi açılması və prokuror qarşısına çıxması ilə bağlı olub.

Sosial şəbəkədə yayılan səs yazısıdında direktoru Həqiqət Şükürova ona Azər müəllimin (Kəlbəcər Rayon İcra Hakikmiyyətinin sədri - red:) zəng etdiyini deyir. O İcra Başçısının zənginə gülərək cavab verir və bildirir ki, "aləmi qatmışam bir-birinə, xəbərin yoxdur". O daha sonra icra başçısı ilə söhbətinə belə davam edir:

"Nə etdin sənə şef zəng etmədi? (Şefin Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov olduğu iddia olunur).

Dünəndən Zaqatalanın prokuror Rasimə, Məhəmmədəliyə, İmamverdiyə və Həbibə zəng edir ki, Həqiqətə deyin gedib şirkəyət ərizəsini geri götürsün. Götürsəm mənim atama min lənət. Hələ davamı olaraq 3 dənə də yazmışam".

Daha sonra o Azər Qocayevə bildirir ki, səndən küsmüşəm axırıncı dəfə mənə pis sifət etmisən: "Dedin ki, yox hələ gəlmə bura qoy görək bu söhbətlər necə olur. Niyə?

Mən "youtube"dakıların cavabını elə verərəm ki, elə oturdaram yerlərində... "

"Youtube"da yayılan bizə məlum olmayan hansısa görüntünün Əvəz adlı şəxs tərəfindən yayıldığını deyib.

O daha sonra Azər Qocayevdən onu Əvəz adlı şəxslə görüşdürməyini xahiş edir. Bildirir ki, bu zaman adnı söyüşlə (qeyri-etik olduğu üçün yazmırıq-red:) Əvəz adlı şəxsin onun xətrinə "youtube"da yayılan görüntünü siləcəyini bildirir.

Həqiqət Şükürova həmçinin sözlərinə belə davam edib:

Cavid müəllim ( Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov) mənə zəng etmişdi ki, bu söhbətlərdən- prokuororun səni çağırmağından mənim niyə xəbərim yox idi. Səni də yığacaq guman ki.

Mən də ona bildirdim ki, Cavid müəllim mən sizə zəng etdim, dedilər siz burada yox idiniz.

Bildirdim ki, Azər müəllimi də işləməyə qoymur. Axşam məni yığ ətraflı danışaq Əvəzə nə demək lazımdır bilim mən".

Bildirilir ki, 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova daha İcra Başçısı Azər Qocayevlə danışdıqdan sonra YAP Kəlbəcər Rayon Təkilatının sədri Həbib Misirov ilə telefon danışığına edib:

Həqiqət Şükürovanın Həbib Misirova dediklərini təqdim edirik:

"Şef Azərə zəng edib bütün biabır edib ki, sən hara baxırsan? O qızın başına açılan oyunlar nədir? Azər deyir ki, qurudum qaldım telefonda. O da deyir mən də hamısını danışdım şefə.

Sən etdin hər şeyi, dedin ki, get öyrən nə edir, videosunu da çək. Yaxşı etmişəm, səsi də var, videosu da var məndə...

(qarşı tərəfin nə dediyi eşidilmir...) Həbib sən niyə ikili oyun oynayırsan mənə bunu izah et bilim. İmamverdi yaxşı adamdır ay Həbib?

Sənə hələ də çatmır ki, şef İmamverdini yaxşı tanıyır?

Sən Şefə niyə izah etmirsən ki, nazirliyə Həqiqəti çağırıblar.

Mən əlimdəki yazıları, videoları Qurbana göndərəcəm.

Sən mənim arxamca prokurora söz danışsan məndən inicimə. Azərə deyəcəm sənin payını versin". Söhbətin davamını "instagram"dakı paylaşımda dinləyə bilərsiz...

Xatırladaq ki, 23 saylı Kəlbəcər rayon məktəbinin direktoru olmuş Şükürova Həqiqət Əvəz qızı şəxsi avtomobilində musiqi sədaları altında çəkdiyi və sosial şəbəkələrdə paylaşılan videosu ilə məşhurlaşmışdı. Daha sonra, 2021-ci ildə Şükürova Həqiqət Əvəz qızı İbrahimov Emil Ramiz oğlu ilə birlikdə cinayət məsuliyyətinə cəlb edilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsilə ittiham elan edilmişdi. Məhkəmə prosesində şahid qismində Samir Mütəllimov ifadə verib. Məlum olub ki, S.Mütəllimov bu cinayət işində vasitəçi olub. O, ayrı-ayrı şəxslərdən pul alaraq təqsirləndirilən şəxslərə verib. Belə ki, Samir Mütəllimov pul aldığı şəxslərə qaçqınlar üçün tikilən binadan adı çəkilən şəxslər vasitəsi ilə mənzil veriləcəyini vəd edibmiş. S.Mütəllimov bir neçə nəfərdən pul aldığını və Həqiqət Şükürovaya verdiyini demişdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1613   Tarix: 05 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər?

Noyabrın 5-i günortadan başlayaraq yaxın günlər ərzində respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı gözlənilir. Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirlər

5 noyabr
.

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyi

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

6 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr