Milli Məclisin deputatı: "İlham Əliyev keçdiyimiz keşməkeşli yolda müstəqilliyimizin simvoluna çevrildi"

Milli Məclisin deputatı: "İlham Əliyev keçdiyimiz keşməkeşli yolda müstəqilliyimizin simvoluna çevrildi""2003-cü ildə Azərbaycanın ictimai-siyasi həyatında böyük bir hadisə baş verdi. Həmin il oktyabrın 1-də prezident seçkisində öz namizədliyini geri götürdüyünü bildirən ulu öndər Heydər Əliyev xalqımızı Yeni Azərbaycan Partiyası (YAP) sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. O, həm İlham Əliyevin, həm də YAP-ın bundan sonra da Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı yolunda böyük işlər görəcəyinə inanırdı".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, 20 il əvvəl 15 oktyabr Azərbaycan üçün xüsusi günlərdən biri kimi tarixə düşdü:

"Həmin gün keçirilmiş prezident seçkisində Azərbaycan xalqı öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsi və ölkədə sabitliyin qorunmasına verdi.

Məhz həmin vaxtdan başlayaraq keçən müddət ərzində ümummilli liderin "Mən ona özüm qədər inanıram" sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu, ulu öndərin yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı.

2018-ci ildə Azərbaycan Respublikasında keçirilən növbəti prezident seçkisində İlham Əliyev yenidən namizədliyini irəli sürdü və Yeni Azərbaycan Partiyası ilə yanaşı, ölkədəki siyasi qüvvələrin əsas namizədi kimi Azərbaycan xalqına müraciət edərək ölkəmiz üçün yeni mərhələnin başlayacağını bəyan etdi, yolumuzu yalnız davamlı inkişafla addımlayacağımızı bildirdi".

Deputat vurğulayıb ki, son 20 il müddətində Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər uğurlar yerinə yetirilib, xüsusilə Azərbaycan xalqının qəlbində yara bağlayan Qarabağ problemi nəhayət ki, kökündən həll edilib, torpaqlarımızın azad olunması istiqamətində əməli fəaliyyət göstərilib.

"2020-ci ildə müzəffər Azərbaycan Ordusunun qəhrəman övladları Ali Baş Komandanın əmrini ləyaqətlə yerinə yetirərək hər birimizə canı qədər doğma olan üçrəngli bayrağımızın mədəniyyət incimiz Şuşa şəhərində dalğalanmasını təmin etdilər.

2023-cü ildə isə, "Heydər Əliyev İli"ndə Azərbaycan Prezidenti oktyabr ayının 15-də Azərbaycan Bayrağını Xankəndi şəhərinin mərkəzi meydanında ucaltdı və 8 noyabr tarixində rəşadətli Azərbaycan Ordusunun hərbi paradını qəbul etdi.

Prezident İlham Əliyevin "Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi" sözləri 20 il bundan əvvəl Azərbaycan xalqının nə dərəcədə müdrik qərar verdiyini bir daha nümayiş etdirdi.

Beləliklə, Azərbaycan regionda, eləcə də dünyamızın transformasiyası dövründə qlobal siyasətdə tamamilə yeni bir istiqamət, siyasi model ortaya qoydu. Bir tərəfdən Azərbaycanın qəhrəman övladlarının şücaəti bütün dünyaya nümayiş etdirildi, digər bir tərəfdən 200 illik dövlətçilik tarixinə malik olan Azərbaycanın itirilmiş əraziləri geri qaytarıldı, suverenliyi və ərazi bütövlüyü təmin edildi.
Prezident İlham Əliyev sübut etdi ki, onun Azərbaycan xalqı qarşısında xidmətləri, həyata keçirdiyi mükəmməl idarəçilik və Azərbaycan xalqının azərbaycançılıq ideologiyasına sədaqəti, eləcə də ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi-iqtisadi yol davamlı olaraq inkişaf etdirilib".

Məzahir Əfəndiyev həmçinin qeyd edib ki, müəyyən siyasi dairələr Azərbaycanı hər zaman qaralamağa, uğurlarımıza kölgə salmağa çalışırdılar, bu gün artıq bütün dünya əldə etdiyimiz nailiyyətlərin qarşısında əsassız iddialar səsləndirə bilmir.

"Bu gün Azərbaycan Respublikası Cənubi Qafqazın lokomotivi, yeni bir güc mərkəzi olaraq artıq yaşamaqda olduğumuz transformasiya, müasir siyasi arxitekturanın yaranması dövründə növbəti yola çıxır və bu yolda əlbəttə ki, yeni yanaşmalar ortaya qoyulmalıdır.

Bu baxımdan, ölkə başçısının Azərbaycan Respublikasında növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı Fərmanı tam olaraq mövcud reallığı əks etdirir, eyni zamanda dünyaya Azərbaycan xalqının öz Prezidenti, dövlətçilik ənənələri, ideologiyası ətrafında necə səfərbər olduğunu nümayiş etdirir.

Fərmanın digər bir əlamətdarlığı müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkinin bütün ölkə ərazisində keçiriləcəyi ilə bağlıdır. Təsadüfi deyil ki, "Zəfər" seçkisi kimi tarixə düşəcək növbədənkənar seçki ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunduğunun bariz göstəricisidir.

Qeyd edim ki, əldə olunan nailiyyətləri qoruyub saxlamaq, habelə Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi bu gün xüsusi strateji əhəmiyyət kəsb edir.

Hələ 2020-ci ildə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkə tarixində ilk dəfə olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun qəbul və təsdiq olunması ölkədə daha sağlam siyasi mühitin formalaşmasına şərait yaratdı.

Növbədənkənar prezident seçkisinin keçirilməsinə dair qərar isə ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin əyani sübutudur.

Keçdiyimiz keşməkeşli yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi.

Əminəm ki, "Qarabağ Azərbaycandır!" şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə yanında olacaq, xarici və daxili siyasətini, ölkənin davamlı inkişafını, o cümlədən doğma Qarabağımızın cənnətə çevrilməsi prosesini və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 699   Tarix: 10 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr