Serbiyalı nazir: "Serbiya 2037-ci ilə qədər Azərbaycandan qaz idxalını üç dəfə artıra bilər"
"Serbiya 2037-ci ilə qədər Azərbaycandan qaz idxalını üç dəfə artıra bilər".
APA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Xandanoviç bildirib.
Dubravka Cedoviç-Xandanoviç deyib ki, hazırda Serbiya Serbiya-Bolqarıstan interkonnektorunu tam gücü ilə işlətmək istəyir:
"Gələcəkdə zərurət yaranarsa, biz bu kəmərin gücünü 3,2 milyard kubmetrə qədər artıra bilərik. Bu halda həmin kəmər Serbiyanın qaza tələbatını tam təmin edəcək. Biz Azərbaycanla 2036-cı ilə qədər 400 milyon kubmetr qazın idxalı barədə müqavilə imzalamışıq. 2037-ci ildən etibarən bu tədarükün həcmi üç dəfə arta bilər. Serbiya-Bolqarıstan interkonnektorunun işə düşməsi Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm rol oynayır. Azərbaycandan əlavə qaz tədarükü sahəsində ölkəmizin digər hissəsinin qazlaşdırılmasını yaxşılaşdıra biləcəyik. Bu, enerji sahəsində strateji münasibətlərimizi daha da dərinləşdirəcək. Ölkələrimizin prezidentləri arasında olan yaxşı münasibətlər sayəsində Serbiya qaz tranziti ölkəsi kimi mövqeyini möhkəmləndirəcək".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 772 Tarix: 10 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr