"Radikal müxalifətin növbədənkənar prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər acizlik nümunəsidir" - Kamilə Əliyeva

"Radikal müxalifətin növbədənkənar prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər acizlik nümunəsidir" - Kamilə Əliyeva"Növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul edilmiş siyasi təcrübədir. Seçkilər vaxtından əvvəl keçirilə və yaxud təxirə salına bilər. Azərbaycanda seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünə inamı, xalqının dəstəyinə əminliyinin ən bariz nümunəsi olacaq. Azərbaycan xalqı hər zaman öz liderinə inanıb və ona etimad göstərib. Prezident cənab İlham Əliyev də xalqa verdiyi bütün vədlərə əməl edib. Bu seçkilərdə də xalqımız öz Prezidentinin yanında olacaq, onun həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyəcək".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki,7 fevral 2024-cü il tarixdə ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyi barədə vəd vermişdir. Prezidentimiz xalqa verdiyi sözə, vədə əməl etdi:

"Prezident cənab İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə qalib sərkərdə, işğal edilmiş torpaqları azad edib bütöv Azərbaycan yaradan dövlət başçısı kimi yazıldı. Ölkə başçımız 30 il işğal altında qalan torpaqlarımızı 2020-ci ildə 44 günə azad etdi, 2023-cü ildə isə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu Qələbə regionda sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etməklə yanaşı bölgədə, eləcə də ölkəmizdə yeni reallıqlar yaratdı.
7 fevral 2024-cü il tarixdə ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. 2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa edəcəyi barədə vəd vermişdir. Prezidentimiz xalqa verdiyi sözə, vədə əməl etdi. Bu gün müqəddəs Azərbaycan bayrağı Xankəndində, Şuşada, Xocalıda, eləcə də ölkəmizin bütün rayonlarında qürurla dalğalanır".

Kamilə Əliyeva vurğulayıb ki, dövlət reyestrindən keçmiş bütün partiyalara seçkilərdə öz namizədlərini irəli sürmələri üçün bütün işlər görülüb. Bütün bunları nəzərə alaraq radikal partiyalar tərəfindən narazılıq nümayiş etdirilməsi qərəzli mövqeyin və potensiallarının aşağı səviyyədə olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Radikal müxalifətin fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər acizlik nümunəsidir:

"Azərbaycanın tək regionda deyil, dünyada güclü bir dövlət olmasını istəməyən dövlətlər var. Bu dövlətlər ölkəmizə qarşı təxribatlar törətmək, Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirmək niyyəti güdürlər. Bu cür çirkin əməllərin qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda ədalətli seçkilərin keçirilməsi üçün bütün tədbirlər həyata keçirilmişdir. Növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkəmizdə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınmasından sonra qəbul edilib. Bununla da seçkilərdə iştirak etmək istəyən siyasi partiyalara ədalətli rəqabət mühiti təmin edilmişdir. Dövlət reyestrindən keçmiş bütün partiyalara seçkilərdə öz namizədlərini irəli sürmələri üçün bütün işlər görülüb. Bütün bunları nəzərə alaraq radikal partiyalar tərəfindən narazılıq nümayiş etdirilməsi qərəzli mövqeyin və potensiallarının aşağı səviyyədə olmasının göstəricisi kimi qiymətləndirilməlidir. Radikal müxalifətin fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı söylədiyi fikirlər acizlik nümunəsidir. Bu partiyalar çoxdan xalq arasında öz nüfuzunu itirmişdir. Onların niyyəti ölkədə təxribat yaratmaqla xaricdəki Azərbaycana qarşı yönəlmiş qüvvələrə xidmət göstərməkdir. Xalqımız bu çirkin niyyətlərin həyata keçməsinə imkan verməyəcək. Azərbaycan xalqı torpaqlarımızı düşmən işğalından azad edib, ərazi bütövlüyü və suverenliyimizi bərpa edən, Azərbaycanı gələcəkdə daha güclü və qüdrətli bir dövlətə çevirəcək Liderə - İlham Əliyevə öz siyasi dəstəyini bir daha göstərəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 847   Tarix: 11 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr