Əsirlikdən azad edilən hərbçi Aqşin Bəbirovun anası: "Yuxum bu gün çin oldu" - VİDEO
"Yuxum bu gün çin oldu. Allahım o günü mənə nəsib etdi, övladıma qovuşdum".
Bunu əsirlikdən azad edilən hərbçimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Baku TV-yə açıqlamasında deyib.
D.Bəbirova Aqşin və Hüseyn arasında fərq qoymadığını, hər gün onların azad edilməsi üçün dualar etdiyini deyib:
"Hüseynə ömürlük həbs cəzasının verildiyini eşitdiyimiz gün biz Şəlalə xanımla olan-qalan sağlamlığımızı da itirdik. Bir gün əvvəl Şəlalə xanım mənə zəng edib fəryad edirdi, sonra isə sevinc xəbərini çatdırdı. Çox şükür, ilahi bu günü bizə yaşatdı. Artıq bundan sonra yaşamaq istəyirəm".
D.Bəbirova onu da vurğayılb ki, bir övlad evdə yoxdursa, ananın yarısı yoxdur deməkdir:
"Şükürlər olsun ki, yarı param evdə olmasa da, mən yenidən dünyaya göz açmışam. Sanki balamı yenidən dünyaya gətirdiyimi hiss edirəm", - o söyləyib.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1588 Tarix: 13 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident sloveniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Sloveniya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan v
25 iyunBu institut ləğv edilir
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə
10 iyunRamiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi
Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. R.Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb
8 iyunİƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin
25 iyun