Nigeriyada polis məntəqəsinə hücum nəticəsində 3 polis həlak olub
Nigeriyanın cənub-şərqindəki Ebonyi əyalətində polis məntəqəsinə hücum nəticəsində 3 polis həlak olub.
Sonxeber.az xəbər verir ki, Ebonyi vilayətinin polis sözçüsü Onome Onovwakpoyeya verdiyi açıqlamada silahlı şəxslərin vilayətin Oşiri rayon polis idarəsinə hücum etdiyini bildirib.
"Təəssüf ki, hücumda 3 polis əməkdaşı həyatını itirib. Biri yaralanıb və hazırda xəstəxanada müalicə olunur", - deyə Onovwakpoyeya bildirib.
Hücumdan sonra bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini qeyd edən Onovwakpoyeya, təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyatda 2 hücumçunun öldürüldüyünü, çox sayda hücumçunun isə yaralı olaraq xilas olduğunu qeyd edib.
Hücumun məsuliyyətini hələlik heç kim üzərinə götürməsə də, Nigeriyanın cənubunda Biafra Yerli Xalqları (IPOB) terror təşkilatı tərəfindən zaman-zaman belə hücumlar həyata keçirilir.
1967-ci ildə Biafra əhalisi Nigeriyanın cənubunda müstəqil Biafra dövlətinin yaradılması tələbi ilə ayağa qalxdıqda başlayan vətəndaş müharibəsində milyonlarla insan həlak oldu. 1967-ci ildə ölkənin cənub-şərqində qurulan Biafra Respublikası vətəndaş müharibəsinin sonunda yenidən Nigeriyanın suverenliyinə keçib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 580 Tarix: 06 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kobaxidze: Gürcüstan Aİ qarşısında öhdəliklərinin 90 faizini yerinə yetirib
Gürcüstan Avropa İttifaqı (Aİ) ilə Assosiasiya Gündəliyi və Dərin və Hərtərəfli Azad Ticarət Sazişi (DCFTA) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin təxminən 90 faizini yerinə yetirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Open Air"
4 oktyabrMinsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır
Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə
3 oktyabrQonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
4 oktyabrƏfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində beş nəfər ölüb
Əfqanıstanın şimalındakı Təhar əyalətində qızıl mədəninin çökməsi nəticəsində beş şaxtaçı ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə yerli hakimiyyət orqanları xəbər verib. Hadisə Çah-Ab dairəsinin Şah-Mastan rayonunda qeydə alınıb. Əlavə məlumat verilmir
4 oktyabr"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
4 oktyabrŞimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
4 oktyabrTrampdan yeni hücum anonsu: "İranla heç vaxt sülh olmayacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib. Jurnalistin aralıq seçkilərdən sonra yeni hava zərbələrini
4 oktyabr