Aqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLAR

Aqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLARAlmaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsi keçirildi.

Yenicag.az xəbər verir ki, 100-dən çox media təmsilçisinin iştirak etdiyi mərasimə Türkiyə və Avropanın əksər ölkələrindən dövlət rəsmiləri, siyasətçilər, iş adamları, media rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Türkiyənin Düsseldorf şəhərindəki Baş konsulu Ali İhsan İzbul, TÜRKSOY baş katibinin müavini Yusuf Seyit, Türkiyənin hakim AK Partiya sədrinin müavini Zəfər Sırakaya, Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ali Öztunc, Avropa İş Adamları və Sənayeçilər Dərnəyinin rəhbəri Əziz Sarıyar, Almaniyanın Bremen şəhərindən seçilmiş deputat Oğuzhan Yazıçı, "EkoAvrasiya" Dərnəyinin sədri Hikmət Ərən, Niderland Türkevi İcmasının sədri Veyis Güngör, Türk Birliyi və Həmrəyliyi Dərnəyinin sədri Güvən Arıklı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Aqil Ələsgər və digər tanınmış şəxslərin qatıldığı Zirvədə Avropadakı türk mediasının perspektivləri müzakirə olundu.

Tədbirin təşkilatçısı, Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaş özünün açılış nitqində Zirvənin təşkilində əsas hədəflərini bəyan etdi:

"Media Zirvəsinin məqsədi Avropada türk mediasını bir araya gətirmək, illərdən bəri həllini gözləyən problemləri birlikdə çözməkdir".

Proqramın sonunda siyasətdən sənətə, vətəndaş cəmiyyətindən mediaya Avropada yaşayan və öz sahələrində uğur qazanan türklər müxtəlif nominasiyalar üzrə "Türk Dünyası Mediasına Xidmət" Ödülü ilə mükafatlandırıldı.

Mükafatlananlar arasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgər və "Report" İnformasiya Agentliyi də var.

"Türk Dünyası Mediasına Xidmət" Ödülü təqdim edilən Aqil Ələsgər Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaşa üzərində "Xarı bülbül" təsviri olan hədiyyə ilə qarşılıq verərək, göstərilən diqqət üçün təşəkkürünü bu sözlərlə bildirib:

""Xarı bülbül" türkün son böyük zəfərinin simgəsidir. Azərbaycan ilə Türkiyənin bir bədəndə can olması ilə dünən xəyal olanlar bu gün gerçəyə döndü".

Zirvənin yekununda xatirə fotoşəkli çəkdirilib.
Aqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLARAqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLARAqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLARAqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLARAqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLARAqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLARAqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLARAqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 707   Tarix: 18 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr