Qalmaqallı direktorun yerinə yeni TƏYİNAT

Qalmaqallı direktorun yerinə yeni TƏYİNATQuba-Xaçmaz Regional Təhsil İdarəsinə yeni müdir təyin edilib.

"Qafqazinfo"nun məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev gətirilib.

O, bu postda ötən ay istefa verən Rüfət Hacıyevi əvəzləyib.

Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev ötən ay istefa verib.

Xatırladaq ki, keçən ay Rüfət Hacıyevin Xaçmaz şəhər dörd saylı tam orta məktəbdə doqquzuncu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı.

Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.

Qeyd edək ki, bir neçə ay əvvəl də R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1070   Tarix: 18 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi

Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib. -ın əldə etdiyi məlumata görə, Tovuz şəhər sakini Təranə Ələsgərova xəstəxanada müayinə olunub və ona ambulator müalicə yazılıb. Qadın xəstəxanadan çıxarılaraq ambulator müalic

11 aprel
.

Təhsildə böyük dəyişikliklərin ANONSU - Hansı addımlar atılmalıdır?

Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib ki, repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına man

11 aprel
.

Keşlə qəsəbəsində kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır

05-06 aprel 2026-cı il tarixlərində intensiv yağan yağışlar nəticəsində Bakı dairəvi magistral kollektorunda su həcminin kəskin artması səbəbindən Keşlə qəsəbəsinin M.Ə. Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ərazidə yaranmış fəsadların aradan qaldırılması v

11 aprel
.

Areq Koçinyan: "Sülh Körpüsü" Bakı və İrəvanın yaxınlaşması üçün işini davam etdirəcək"

"Sülh Körpüsü" təşəbbüsünün iştirakçıları Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üçün fəaliyyətlərini davam etdirəcəklər". "Report"a istinadla xəbər verir ki, bunu "Sülh Körpüsü" təşəbbüsünün Ermənistan tərəfindən koordinatoru, Ermənistan Şurasını

11 aprel
.

Sabah yağış yağacaq

Aprelin 12-si gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal

11 aprel
.

Paytaxtın qəsəbələrində iməclik keçirilib

Bakı şəhərinə yağan yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə aprelin 11-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizliklə bağlı paytaxtda növbəti daxili iməclik keçirilib. Keçirilən iməclik zamanı şəhə

11 aprel
.

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)

"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, "Bak

10 aprel
.

Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb

Qəbələ şəhərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir

11 aprel
.

Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdıran şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA

Cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması halları son illər hüquq-mühafizə orqanlarının xüsusi diqqət mərkəzindədir. Bu cür əməllərlə məşğul olan şəxsləri isə qanunvericiliyə əsasən hansı cəzalar gözləyir? . Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bu barədə -a açıqlama verib: . "Cinayə

10 aprel