Üç yaşlı Vahidin atası: "Övladım burun yolundan salınan şlanqla qidalanır, köməyinizə ehtiyacımız var" - FOTO
Üç yaşlı Vahid Nicat oğlu Hacıyev fenilketonuriya (ağır irsi xəstəlik olub, əsasən sinir sisteminin zədələnməsi ilə müşahidə olunur) xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun atası Nicat Hacıyev məlumat verib.
O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir.
"Vahidin xəstəliyini üç aylıq olanda bildik. O dövrdən müalicələrə başladıq. İmkanımız olmadığı üçün müalicələri tam şəkildə edə bilmirdik. Yardımsevər şəxslərin sayəsində fevral ayında Vahidin müalicəsi üçün Türkiyəyə yollandıq. Orada aldığı 40 günlük müalicənin müsbət təsirləri oldu"
Nicat Hacıyev bildirib ki, övladının müalicəsi üçün yenidən yardımsevər şəxslərin dəstəyinə ehtiyacları var.
"Vahid uzun müddət müalicə və müayinə olunmalıdır. Hazırda onun ilk kurs müalicəsi üçün bizim 7 000 manata ehtiyacımız var. Övladım burun yolundan salınan şlanqla qidalanır. İnanın, dərmanlar o qədər bahadır ki, bizim onları almağa imkanımız çatmır. Evdə tək mən işləyirəm, heç bir halda bu qədər məbləği toplayıb övladımı müalicə edə bilmirəm. Yardımsevər şəxslərdən Vahidə bir daha yardım etmələrini, onu bu yolda tək buraxmamalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 919-09-11.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 630 Tarix: 19 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrQoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə
6 noyabr