Nadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTO

Nadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTO"Dekabrda artıq 650 manat borcumuz yığılıb, çünki oğlumuz bir həftə xəstəxanada yatıb. Həkimimiz deyir ki, eyni müalicə ən azı üç ay davam etdirilməlidir, bundan sonra ikinci əməliyyat oluna bilər. Xahiş edirəm, bizə lazım olan dərmanı almağa kömək edin ki, oğlumuz əziyyət çəkməsin".

Bu sözləri Hirşprunq xəstəliyindən əziyyət çəkən beş yaşlı Tuncayın anası Sevda Eminova Media.Az-ın redaksiyasına müraciətində bildirib.

Xəstəlik yoğun bağırsağın nadir anadangəlmə anomaliyasıdır. Bu xəstəlik bağırsağın müəyyən seqmentlərində sinir hüceyrələrinin mövcud olmaması ilə xarakterizə olunur. Belə vəziyyət peristaltikanın pozulmasına gətirib çıxarır və möhtəviyyatın həzm traktında normal hərəkətinə mane olur. Nəticədə xəstə insan daimi qəbizlikdən əziyyət çəkir. Hirşprunq xəstəliyi hər 5000 yeni doğulmuş körpədən birində müşahidə olunur. Müalicəyə vaxtında başlanılsa, müsbət nəticə ehtimalı 80%-ə çatır.

Balaca Tuncayın xəstəliyinin ilk əlamətləri ötən ildən üzə çıxmağa başlayıb - onun bağırsaqlarının funksiyası pozulub, qarnı və bütün bədəni daimi olaraq şişib. Həkimlər problemin məhz nədə olduğunu dərhal başa düşə bilməyiblər, ona görə də uşaq bir neçə ay düzgün müalicə almayıb. Artıq Bakıda, paytaxt klinikalarından birində həkimlər hərtərəfli müayinədən sonra dəqiq diaqnoz qoyublar. Tuncay Hirşprunq xəstəliyindən əziyyət çəkirmiş.

Dörd ay əvvəl balaca Tuncay cərrahiyyə əməliyyatı keçirib, lakin ilk əməliyyat müsbət nəticə verməyib: onun bağırsaqları hələ də normal işləmir. İntoksikasiyanın qarşısını almaq üçün daim dərman qəbul etmək məcburiyyətindədir. Onları vaxtında qəbul etməsə, onun qarnı şişir və uşağa ağrı verir. Ailənin mütəmadi müayinələrə və lazımi dərmanlara pulu çatmır. Bunun üçün ayda təxminən 500-600 manat pul lazımdır. Qarşıda onu daha bir əməliyyat gözləyir.

Tuncayın anası redaksiyaya bildirib ki, onların ailəsi son vaxtlara qədər Göyçay rayonunda yaşayıb, lakin oğlunun xəstəliyi səbəbindən Bakıya köçmək məcburiyyətində qalıblar.

"Bizim rayonda oğlumuzun vəziyyətinin diaqnostikasını etmək üçün lazımi avadanlıq, müalicə üçün şərait yoxdur. Bakıda ayda 150 manata kiçik otaq kirayə tuturuq. İkinci qrup əlil olan ərim "8-ci kilometr" bazarında gündə 5-10 manata fəhlə işləyir. Mən uşaqlara baxıram, böyük qızımız da var.

İndi həkimlər bizə deyirlər ki, müalicəni çox gecikdirmişik və müsbət nəticə əldə etmək şansımız azdır. Tuncay müayinədən keçməlidir, ona dərmanlar təyin edilir - bunun üçün isə pul lazımdır və bizim buna maddi imkanımız çatmır", - deyə uşağın anası köməyə çağırıb.

Redaksiya heyəti olaraq hər kəsi Tuncayın probleminə anlayışla yanaşmağa və bacardığınız qədər köməklik göstərməyə çağırırıq.

Əlaqə telefonu: (050) 622-78-61.

Bank kartı nömrəsi: 4169 7388 9040 8358.
Nadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTONadir anadangəlmə anomaliyadan əziyyət çəkən Tuncayın anasından YARDIM ÇAĞIRIŞI - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 19 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq

Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında heyvan və quşların kəsimi, yun və barama istehsalı ilə bağlı məlumatlar ayrıca qeydə alınacaq. -a istinadən xəbər verir ki, yeni uçot qaydasına əsasən, əvvəlki il ərzində kəsim üçün satılmış və ya təsərrüfatın özündə kəsilmiş heyvan və quşların kəsimdə

6 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr