Bakıda şok dələduzluq: "Lombard Xəyal" qızılları götürüb yoxa çıxıb
Bakıda yerləşən lombardların birində şok dələduzluq faktı qeydə alınıb.
"Cebhe.info"nun əldə etdiyi məlumata əsasən, "Nizami" metrostansiyasının yaxınlığında Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombarda müştərilərə qarşı dələduzluq edilib. Belə ki, müştərilər borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilmirlər.
Onlara qızılların 15 gün sonra veriləcəyi deyilir, amma bu, icra olunmur. Üstəlik, pul ödənildikdən sonra qızılların təhvil verilməsi üçün 15 gün vaxt istənilməsi də qanuna ziddir.
Qızıllarını heç bir şəkildə ala bilməyən insanlar isə Yasamal rayonu 26-cı Polis Bölməsinə şikayət ediblər. Çox sayda insan "Lombard Xəyal" olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib.
Onların sözlərinə görə, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb. Şikayətçilər arasında hətta qızılın müqabilində götürdüyü ssudanı 1 il əvvəl ödədiyini, ancaq hələ də qızıllarını geri ala bilmədiyini deyənlər də var. Dələduzluğa məruz qalanlar arasında "Cebhe.info" xəbər portalı və "Cümhuriyət" qəzetinin əməkdaşı da var.
Çoxsaylı şikayətlərin ardından sözügedən lombardın qapısını bağladığı, ancaq həftədə bir dəfə fəaliyyət göstərdiyi müşahidə olunur. Maraqlısı isə budur ki, lombard aylıq kredit ödənişlərini qəbul etməyə və açıq olduğu günlər hər şeydən xəbərsiz lombarda üz tutan yeni müştərilərdən qızıl qəbulunu davam etdirir. Hərçənd ki, pulu tam şəkildə ödəyənlərin girov qoyduğu qızıllar onlara təhvil verilmir.
Son möhlət kimi şikayətçilərə qızılların 29 dekabrda geri qaytarılacağı bildirilib. Ancaq şikayətçilər buna inanmırlar. Dediklərinə görə, indiyə qədər onlara dəfələrlə belə zaman deyilib, ancaq qızıllar geri qaytarılmayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1982 Tarix: 19 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahın hava proqnozu: Bakıda 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündüz 25-2
18 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrDSX-nin tarixinə düşən general vəfat etdi
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd
18 sentyabrTahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabr