Gənclərimiz niyə intihar edir? - SƏBƏBLƏR

Gənclərimiz niyə intihar edir? - SƏBƏBLƏRİstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

"Ölkədə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə ölkədə intihar sayları ilbəil artır:

"Məsələnin ən təhlükəli tərəfi isə odur ki, bu artımın daha çox gənclərin payına düşməsidir. İntihara gətirib çıxaran ən aktual səbəblərdən biri həyatın mənasının itirilməsidir. Bu problem xüsusən də yeniyetmə və gənclər üçün daha qabarıqdır. Bu halların qarşısını almaq üçün ilk növbədə insanların mənəvi-psixoloji cəhətdən gücləndirilməsinə ehtiyac var. Gənclərin həyat tərzinin dinamikləşməsi, daha aktiv və maraqlı olması zəruridir".

Deputat vurğulayıb ki, həyatı rəngarəng olan insan ondan qopmağa çalışmayacaq:

"Hətta ən kritik situasiyalarda belə həyatının gözəl anlarından dəstək kimi istifadə edə biləcək. Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, hər bir intihar faktının mediada yayılması, geniş işıqlandırılması nəticəsində intihar hallarının sayının artmasına şərait yaranır. Bu səbəbdən bəzi ölkələrdə intihar hallarının KİV-də yayımlanması qadağan olunub. Fikrimcə, bizim mediada da intihar və zorakılıq hallarının işıqlandırılmasında daha ehtiyatlı davranmalı, bu məsələlərə diqqət mərkəzində saxlamalıdır. Çünki internet resursları, KİV təbliğat maşınıdır. Nəzərə alsaq ki, bu gün insanlar sosial şəbəkələrdən, internet resurslarından aktiv surətdə istifadə edir, təbliğat maşınının pozitivə işləməsi şərtdir".

Qeyd edək ki, deputat Tamam Cəfərova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında çıxışı zamanı il ərzində 600-ə yaxın intihar hadisəsi qeydə alındığını qeyd edib. Deputat həmçinin, intihar edənlərin çoxunun qadın və məktəbyaşlı uşaqlar olduğunu söyləyib.

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.
Gənclərimiz niyə intihar edir? - SƏBƏBLƏRGülcahan Məmmədov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 846   Tarix: 26 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ailəsi o qızı təhsildən belə yayındırıbmış - Rəsmi

Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsində

16 dekabr
.

"Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda ümumilikdə 32 festival keçirilib" - Nazir

Azərbaycanda aqrar biznes festivalları çərçivəsində 8 milyon manatdan çox satış həyata keçirilib. xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib. Onun sözlərinə görə, son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyini

17 dekabr
.

46 yaşlı müəllim məktəbdə vəfat etdi

Bakıda orta məktəblərin birində müəllim vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 16-sı saat 12 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib. Orada ibtidai sinif müəllimi işləyən qəsəbə sakini 1979-cu il təvəllüdlü Sevda Qismə

17 dekabr
.

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib. Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir

17 dekabr
.

"İxracyönümlü fitosanitar tədbirlər Agentliyin fəaliyyətində mühüm yer tutur" - AQTA sədri

Bakı şəhərində təşkil olunan mövsümi yarmarkalarda məhsulların keyfiyyətinə operativ nəzarət gücləndirilib. xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə deyib. Onun sözlərinə görə, yarmarkalarda fəaliyyə

17 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr
.

Bu klinika sertifikatsız xidmət göstərirmiş

Səhiyyə Nazirliyi "Atlas Medical Center"də plandankənar yoxlama keçirib. Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı sözügedən özəl klinikada sertifikatsız pediatriya işi üzrə özəl praktik tibb fəaliyyətinin faktı aşkarlanıb. Nazirlik tərəfindən buna görə klinika barədə protokol tərti

17 dekabr
.

Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - Fotolar

Xəbər verdiyimiz kimi, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi, 18 yaşlı Müşfiq Fəttayev ürək tutmasından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Müşfiq Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi idi. Qeyd edək ki, 18 yaşlı Müşfi

18 dekabr