""Parktown Residence" şirkəti qanunsuz söküntü işi aparır" - Şikayət

""Parktown Residence" şirkəti qanunsuz söküntü işi aparır" - Şikayət"Yasamal rayonunda yerləşən "Parktown Residence" şirkəti qanunsuz söküntü işi aparır. Yaşayış olduğu halda heç bir razılıq olmadan kran gətirib yerləşdirərək binanı dağıdırlar".

Bu şikayətlə "Qafqazinfo"ya Yasamal rayonu Qırmızı Şərq küçəsi mənzil 11-də yaşayan Əhməd Hacıyev müraciət edib.

O bildirib ki, özündən başqa 5 ailə də buradakı vəziyyətdən şikayətçidir. Belə ki, artıq 3 ildir davam edən məsələ isə şirkətin qanunsuz söküntü işləri aparmasıdır: "Ailəmlə birlikdə 35 ildən çoxdur ki, bu üçotaqlı evimdə yaşayıram. İndi bu şirkət gəlib bizim yaşadığımız mənzili dağıdır. Normal təklifləri də yoxdur ki, razılaşaq. Biz evdən çıxmamışıq, müqavilə bağlamamışıq. Öz evimizdə rahat yaşaya bilmirik. Hər kran işləyəndə evdə bir çat əmələ gəlir. Gecə 6-dan sonra işləməyə icazə verilmir. Amma bu şirkət gecə 12-də də işləyir. Bunu sübut etmək də olmur.

Məsələ ilə bağlı FHN-ə müraciət olunub. Qurum əraziyə baxış keçirərək söküntü işlərinin aparılmaması ilə bağlı rəy verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində tikinti məsələsi üzrə məhkəmə işi icraatdadır. Bundan əvvəl isə "Parktown Residence" şirkəti məni və ailə üzvlərimi öz yaşadığım mənzildən qanunsuz şəkildə çıxartmaq üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə isə bizi öz yaşadığımız mənzildən çıxartmaq üçün qətnamə qəbul edib".

Vətəndaş qətnamənin ləğv olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: "Məhkəmə işi daha dərindən və düzgün aparmır. Bizdən evin sənədlərini istəyir. Biz isə evimizi satmadığımızı və evdən çıxmaq istəmədiyimizi, qətnamənin ləğv olunmasını istəyirik.

Bundan başqa, şirkət bu il mayın 26-da üçotaqlı 98 kv.m, digəri isə birotaqlı 58 kv.m olan 2 ədəd tam təmirli mənzil və 1 ədəd yeraltı avtomobil dayanacağı, hər ay isə 700 manat kirayəhaqqı, eləcə də 500 manat birdəfəlik haqqı ödəməyi öhdələrinə götürmüşdülər. Lakin bugünkü gündə danışıqlar əsasında gördük ki, bizə və məhkəməyə yazılı şəkildə verdikləri təklifdən boyun qaçırırlar".

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, FHN həmin ərazidəki binalarla bağlı hər hansı rəy verməyib.

Şikayətlə bağlı "Parktown Residence" ilə də əlaqə saxladıq. Şirkətdən bildirildi ki, vətəndaşların qanunsuz tikinti aparılması ilə bağlı iddiaları əsassızdır: "Həmin bu layihəyə görə üzərimizə qəzalı binaların köçürülməsi və onun yerləşdiyi yerdə çoxmərtəbəli bina inşa edib sakinlərin mənzillə təmin edilməsi vəzifəsi qoyulub. Bununla bağlı sərəncam da var, nişan da alınıb və binaların da bir qismi artıq tikilib. Lakin həmin bina boşaldılıb sakinlərlə müqavilə bağlanılsa da, hələ sökülməyib. Hazırda binada 3 sakin qalır. Onlarla bağlı məsələ məhkəmədədir. Birinci instansiya məhkəməsi hesab edib ki, onlar çıxarılmalı, biz onlara mənzil verməliyik. Lakin sakinlər bundan narazı qalaraq Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Sakinlər birotaqlı evdən çıxanda həmin mənzilə görə milyon almaq istəyir. Lakin nəzərə almaq lazımdır ki, ondan başqa burada 124 ev var. Hazırda evdən çıxan 121 ailə gözləyir ki, onlara nə vaxt ev veriləcək. Biz hər ay onlara 100 min manata yaxın kirayə pulu ödəyirik. Onlarla üzərimizə götürdüyümüz öhdəliyə görə 2 il ərzində binanı tikib təhvil verməliyik. Bu 3 nəfərə görə tikinti düz 3 ildir yubanır. Onlar məhkəməyə müraciət etmişdilər və məhkəmə qərar vermişdi ki, mübahisə həll olunana qədər tikinti aparılmasın. Hazırda məhkəmənin son qərarı ilə bu qadağa götürülüb, biz tikintimizi apara bilərik. Amma buna baxmayaraq, nə qədər ki, o 3 nəfər orada yaşayır, binaya heç kim dəyməyib. Bina yerindədir, sökülməyib. Bəzi köçən insanlar öz mənzilinin pəncərəsini, qapısını söküb aparır. Binada bizim tərəfimizdən söküntü işləri görülmür. Heç kəs deyə bilməz ki, biz oradan bir çöp sökmüşük".

Şirkətdən, həmçinin bildirilib ki, bina söküləndən sonra hər mənzilin kv metri 20 faizə qədər artırılaraq sakinlərə mənzil veriləcək: "Biz bu problemə görə üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirə bilmirik. Lakin biz onların hər birinə üçotaqlı təmirli mənzil və ayda da 700 manat kirayəhaqqı təklif etmişik. Həmin vətəndaşlar isə bizdən ayrıca 2 ədəd üçotaqlı mənzil tələb edir. Lakin bu halda bizim şirkət olaraq heç bir qazancımız olmur. Bu cür olsa, gərək mayamızı da onlara verib gedək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 878   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA

Son dövrlər güclü külək, intensiv yağış, sel və daşqın kimi ekstremal hava hadisələrinin daha çox gündəmə gəlməsi iqlim dəyişikliklərinin təsirləri ilə bağlı suallar yaradır. Azərbaycanda bu proseslərin su ehtiyatlarına, kənd təsərrüfatına, meşə örtüyünə və yaşayış məntəqələrinin təhlükəsizliyinə təsir

6 noyabr
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa

5 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr