Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdürBu gün Azərbaycan Prezidenti İlham Əliyevin 62 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkidə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkidə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkidə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı, beş nəvəsi var.

Təltiflər və fəxri adların siyahısı:

Ordenlər

Rumıniyanın "Rumıniya Ulduzu" ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının "Kral Əbdüləziz" ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının "Heydər Əliyev" ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Sergi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin "Şeyxülislam" ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının "Fəxri Legionun Böyük Xaç Komandoru" ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın I dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin "Mübarək əl-Kəbir" ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının "Üç Ulduz" ordeninin "Böyük Xaç Kavaleri" dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin "I dərəcəli Şöhrət və Şərəf" ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın "Sadiq Xidmət" milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın "Sadiq Xidmət" milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının "Stara Planina" ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının "İsmoili Somoni" ordeni (12 iyul 2012-ci il)

Belarusun "Xalqlar dostluğu" ordeni (28 avqust 2012-ci il)

Türkiyə Respublikasının "Dövlət nişanı" ordeni (12 noyabr 2013-cü il)
Ukraynanın "Azadlıq" ordeni (18 noyabr 2013-cü il)

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və "Qızıl döyüşçü" medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin "Tarix üzrə fəxri professor" diplomu (11 dekabr 2015-ci il)

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı dan qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FILA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya" ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının "Böyük Kordon" Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FILA) "İdman əfsanəsi" medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin "Olimpiya" ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).

İlham Əliyev Ali Baş Komandan, qalib sərkərdədir. Onun siyasi qətiyyəti, düzgün strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda "Dəmir yumruq" əməliyyatını həyata keçirib. Bu əməliyyatla Tarixi Zəfər çalan Şanlı Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

2023-cü ilin sentyabrın 19-da isə Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsilib və Azərbaycan dövləti bütün ərazisi üzərində suverenliyini qəti şəkildə təmin edib!

24 saatdan az müddətdə Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları uğurla həyata keçirən Ordumuz növbəti misilsiz qəhrəmanlıq nümunəsi göstərərək yenidən tarix yazıb.

İlham Əliyev bu gün qalib Ali Baş Komandan kimi çıxışlar edir və ölkəyə qarşı olan gücləri Azərbaycanla hesablaşmağa çağırır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 988   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İrəliyə necə getməli olduğumuzu müzakirə etdik" - Prezident

"Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə - red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik". "Qafqazinfo"

4 fevral
.

Prezident mükafata görə belə təşəkkür etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunması haqda paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir"

4 fevral
.

"Qonşularımızla münasibətlərin inkişafı regionumuza dayanıqlı sülh gətirir" - DEPUTAT

"Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti Azərbaycanı dünya siyasi sisteminin etibarlı və nüfuzlu tərəfdaşına çevirmişdir. Azərbaycan körpüləri yandıran deyil, körpülər quran ölkədir. Bu baxımdan son 5 ildə yaratdığımız yeni reallıq regionumuza beynəlxalq marağın artmasına v

26 yanvar
.

Mehriban Əliyeva Gənclər Günü münasibətilə paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafın

2 fevral
.

"Region ölkələri ilə əməkdaşlıq məsələsində də Azərbaycan təşəbbüskar mövqedə çıxış edir" - AÇIQLAMA

"Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası bu gün artıq sadəcə xarici siyasət kursu deyil, dövlətin strateji inkişaf modelinin əsas sütunlarından biridir. Prezident İlham Əliyevin ardıcıl, praqmatik və milli maraqlara söykənən diplomatiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemind

27 yanvar
.

Prezident İlham Əliyev DGK-nın bir sıra əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. bu barədə -a istinadən xəbər verir. Sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlar

29 yanvar
.

"İsrail-Fələstin münasibətlərində Azərbaycanın mövqeyi neytral, lakin konstruktivdir" - AÇIQLAMA

İsrailli həmkarımla Yaxın Şərqdə olan vəziyyət barədə də fikir mübadiləsi apardıq. Xüsusən də Qəzza zolağında əldə edilmiş atəşkəsin davamlı olması ilə bağlı arzumuz diqqətə çatdırıldı". Bunu xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saarla birgə keçirdiyi mətbuat konfransınd

26 yanvar
.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əzi

5 fevral
.

"Azərbaycan normallaşma prosesini siyasi bəyanatlar müstəvisindən çıxararaq praktik mərhələyə keçirir" - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. xəbər verir ki, liderlər TRIPP və digər bağlantı layihələrini

4 fevral