Qətldə təqsirləndirilən hərbi ekspert azadlıqda qaldı - FOTO
30 il əvvəl Bakıda maliyyəçi Fikrət İbrahimovu yaşadığı mənzilində gülləyərək qətlə yetirməkdə təqsirləndirilən tanınmış hərbi ekspert Nazim Bayramova (Bayram) hökm oxunub.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bayrama cəza təyin edilməyib. Onun törətdiyi qətldən sonra başqa cinayət əməlləri ilə bağlı uzun müddət həbsdə saxlanması əsas gətirilərək N.Bayrama həmin cinayət üzrə cəza təyin edilməməsinə qərar verilib. N.Bayram üzərindəki polisin nəzarəti altına verilmə qərarı da ləğv edilib.
Qeyd edək ki, F.İbrahimov həmin vaxt Nazim Bayramla iş yoldaşı olub. Keçmiş OMON-çu, Nazim Bayram adı ilə tanınan bu şəxs 1993-cü ildə Surət Hüseynovun dəstəsinə qoşulub, tank alayının komandiri olub. N.Bayram 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə bağlı uzun müddət (10 ildən artıq) həbsxana həyatı yaşayıb. O, qətlə yetirdiyi deyilən Fikrət İbrahimovla birgə Surət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərib. F.İbrahimov həmin vaxt S.Hüseynovun rəhbərlik etdiyi təşkilatın maliyyəçisi olub.
Mərhum F.İbrahimovun bacısı Nurcahan Şəmsiyeva açıqlamasında bildirib ki, N.Bayram F.İbrahimovu sifarişlə qətlə yetirib. O, cinayətin üstündən uzun müddət keçsə də, qətli törətmiş şəxsin məsuliyyətə cəlb olunmasını tələb edib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilir ki, 26 noyabr 1993-cü ildə zərərçəkmişin iş yoldaşı Nazim Bayramov Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb. 28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan CM-in 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.
Onu da qeyd edək ki, Nazim Bayram cəmiyyətdə veteran hərbçi və hərbi ekspert kimi də tanınır. O, Vətən müharibəsində veteranlardan təşkil edilmiş dəstədə iştirak edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 825 Tarix: 25 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabrBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrVüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə
5 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabrBakıda bu avtobuslar YENİLƏNİR
Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il
5 noyabrAzərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. "Report"a istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqa
5 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabr