Ərzaq məhsullarının bahalaşmasının səbəbi nə ilə bağlıdır? - AÇIQLAMA
Ölkədə ərzaq məhsullarının bahalaşması davam edir. Ərzaq məhsullarına tələbatın artması ilə əlaqədar bu gün aldığımızın məhsulun sabah bir qədər də bahalaşdığının şahidi oluruq. Xüsusilə, Bakı və ətraf rayonlarda quzu ətinin bir kilosu 20 manata təklif olunur. Bəs bu bahalaşmanın səbəbi nə ilə bağlıdır?
Mövzu ilə bağlı, iqtisadçı ekspert Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib. Natiq Cəfərli bildirib ki, ərzaq məhsullarında bahalaşma təqribən noyabr-dekabr aylarından mart ayına qədər davam edib:
"Bahalaşma Yeni il və Novruz bayramlarına görə ərzağa olan tələbin artması ilə əlaqəlidir. İndi bu məsələyə spesifik məsələlər əlavə olunub. Çünki bu illər ərzində ərzaq ilə özümüzü təmin etməyimizdə ciddi irəliləyiş əldə olunmadı. Biz təqribən 70-75 faiz aralığında xaricdən asılıyıq. Son illər xaricdə qiymət artımının sürətlənməsi Azərbaycana idxal olunan məhsulların qiymətinin daha kəskin artması ilə müşahidə olundu. İndi də biz eyni prosesləri görürük. Həm bayramlar ilə əlaqədar tələbat artır, həm də yerli məhsulların mövsüm ilə əlaqəli çəkilməsi ilə paralel olaraq kəskin artımının şahidi oluruq. Əfsuslar olsun ki, bu vəziyyət aprel ayına qədər davam edəcək. Aprel ayından sonra müəyyən səngimələr ola bilər. Payızın ilk aylarına qədər müəyyən dərəcədə qiymət artımında sürət azalacaq. Son illərin təcrübəsinə əsaslansaq, noyabr ayından daha kəskin qiymət artımını müşahidə edəcəyik. Təəssüf ki, ölkəmiz uzun illərdir bu paradiqmadan çıxa bilmir".
Qeyd edək ki, mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5214 Tarix: 07 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr