"McDonald’s - Azərbaycan"ın burger reklamı tənqid edildi: "Ömrünüzü qısaldan "dadlı" yeməklər..."

"McDonald’s - Azərbaycan"ın burger reklamı tənqid edildi: "Ömrünüzü qısaldan "dadlı" yeməklər...""McDonald’s - Azərbaycan"ın yeni burger reklamına Əməkdar artist Bəhram Bağırzadə, aktyor Əlixan Rəcəbov və tanınmış blogerlərin çəkilməsi, xüsusən reklamda Azərbaycan dili ilə yanaşı rus dilində də danışılması ciddi tənqidlə qarşılanıb.

Pravda.az xəbər verir ki, "McDonald’s - Azərbaycan"ın rəsmi sosial şəbəkə hesabında paylaşılan reklam çarxına çoxsaylı etirazlar gəlib.

Yazılan şərhlərin bir qismini təqdim edirik:

"Gülməli reklam çəkirsiniz. Bloger və məhşur simaları pul qarşılığında çəkib, bəyəndiklərini söylətdirirsiniz. Bəyənmədim deyəcəkdilər ki? Burgerləriniz həqiqətən də dadlıdırsa, bunları təsadüfi dadma ilə edin. İnsanların təbii reaksiyaların çəkin, biz də inanaq", "Azərbaycan reklamında rus dilində, həm də tərcüməsiz danışıq? Nə vaxt düzələcəksiniz? Dilimizə hörmət etməyi öyrənməlisiniz. Öyrənəcəksiniz!", "Ömrünüzü qısaldan "dadlı" yeməklər", "İnsanların bir az dərin düşüncəsi olsa, bu restoranın qapısını açan olmazdı", "Dadına baxdım, "kotlet-çörəyin" yerini vermir", "Həddindən artıq baha və heç dad ala bilmədiyim menyulardır", "Yeyin kimyəvi qatqılı şeyləri, mədənizi dağıdın, milləti belə şeylərlə zəhərləyirlər", "O əti bişməmişdən öncə görən şəxs əsla yeməz", "Son vaxtlar ancaq reseptura ,həm səliqəsizlik, həm də işçilərin diqqətsizliyi var...", "Bundan sonra "səviyyəsizdonald's"", ""Maestro" - yox bir "faytonçu burger"", "Deyəsən, səhvlik olub, bu reklamı "McDonald’s - Rusiya" səhifəsində paylaşmalısınız", "Biri bunlara xatırlatsın ki, rəsmi bir dilimiz var, o da Azərbaycan dilidir!", "Hələ də halal standardlara uyğun ət məhsulların təmin etmirsiniz. Gözləyirsiniz ki, istehlakçı geniş miqyasda məsələni sosiallaşdırsın? Olmaz ki, öncədən daha məsuliyyətli idxal həyata keçirəsiniz?", "Gündən-günə qiymətlər qalxır, lakin keyfiyyət isə aşağı düşür. Pendir sousundan sirkə qoxusu, dadı gəlir..."

"McDonald’s - Azərbaycan"ın rəsmi səhifəsi tərəfindən şərhlərə verilən cavab bu olub: "Hazırda burgerlərimiz üçün ət və toyuq məhsullarının istehsalçısı və tədarükçüsü bütün dünyada təmsil olunan "OSI Food Solutions" beynəlxalq şirkətidir. Mal ətindən kotletlər həmin şirkət tərəfindən Ukrayna və Almaniyadan, toyuq məhsulları isə Almaniya və Macarıstandan idxal edilir. Qeyd etmək istərdik ki, ət kotletləri üçün yalnız yüksək keyfiyyətli 100% mal ətindən istifadə edilir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1011   Tarix: 07 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr