"A-Qroup Sığorta"nın yığımlarında azalma davam edir - 2,9 milyonluq itki
Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2023-cü ilin yanvar-noyabr aylarında azalmaqda davam edib.
Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu ilin on bir ayında 19,22 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13% və ya 2,9 milyon manat azdır. 2022-ci ilin on bir ayında şirkət 22,1 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların azalması fonunda sığorta şirkətinin ödənişləri 10,4% və ya 1,2 milyon manat civarında artaraq 12,9 milyon manata yüksəlib. Ötən ilin yanvar-noyabr aylarında bu rəqəm 11,7 milyon manat olub. Bu isə şirkətin ödəniş-yığım nisbətinə, yəni zərərliliyinə mənfi təsir göstərib.
Sığorta şirkətinin zərərliliyi son bir ildə 53%-dən 67,3%-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin on bir ayında topladığı sığorta haqqının hər 100 manatından 53 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 67,3 manata kimi artıb.
Qeyd edək ki, bu il avqust ayının 11-də könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankı tərəfindən "A-Qroup Sığorta" şirkətinin avtomobillərin və daşınmaz əmlakın icbari sığortası, o cümlədən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta lisenziyası ləğv edilib. Bu isə sığorta şirkətinin yığımlarının həcminə, ümumilikdə isə bazar payına təsir edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 633 Tarix: 07 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr