"Arşın mal alan" operettası Çini necə fəth etdi? - Baş rejissor DANIŞDI + FOTO

"Arşın mal alan" operettası Çini necə fəth etdi? - Baş rejissor DANIŞDI + FOTOGörkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləri bir çox dünya ölkələrində səhnələşdirilir. "Arşın mal alan" tamaşasının şöhrəti isə daha böyükdür. Hətta Çində bu tamaşa öz ölkəsinin aktyorlarının ifasında nümayiş etdirilib.

Çinlilərin "Arşın mal alan" tamaşasını sevməsinin əsas səbəbi nədir?

Moderator.az-a açıqlama verən Əməkdar İncəsənət xadimi Hafiz Quliyev bildirib ki, "Arşın mal alan" operettası dünyanın 90-dan çox ölkəsində səhnəyə qoyulub. Ən maraqla qarşılananı isə əlbəttə ki, Çin olub.
"Arşın mal alan" operettası Çini necə fəth etdi? - Baş rejissor DANIŞDI + FOTO"Dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası dünyanın əksər ölkələrində nümayiş etdirilib. Bu filmin Çində məşhur olmasının isə maraqlı tarixçəsi var. 1945-ci ildə çəkilən "Arşın mal alan" filmi dünyanın 140 ölkəsində nümayiş olunur. Elə həmin ildə də filmi Çinin lideri Mal Tszedun izləyir. Film o qədər xoşuna gəlir ki, baş rol - Əsgər bəyi oynayan Rəşid Behbudovu Çinə dəvət edir. Filmin uğurunu görən Mal Tszedun həmin filmin Çin versiyasını çəkmək haqda göstəriş verir. 1952-ci ildə "Örtük altında məhəbbət" filmi ekranlara çıxır. Çində bu əsər əslində 1956-cı ildə səhnəyə qoyulmuşdu. Çin rejissoru tərəfindən. O vaxt bu tamaşa çox populyarlıq qazandı. Fikir də ordan yaranıb ki, bu əsər yenidən səhnələşdirilsin, bu dəfə də Azərbaycan rejissoru dəvət olunsun. Məni Çinə dəvət etdilər. 1956-cı ildə qoyulan tamaşanın bir neçə aktyoru hələ sağ idi. Biz tərcüməçi vasitəsilə məşqlər edirdik. Çox qəribədir, 21 yaşında çinli aktrisa Gülçöhrəni oynayırdı. Məşq edirdik, deyirdi ki, "olar qalıb iki-üç saat bir az da artıq məşq edək?". Tamaşaya da vurğunluğu var idi. Çin teatr məktəbi tamam fərqlidir. Onlar simvollarla işləyirlər. Çin aktyorlarının bu tamaşaya, musiqiyə vurğunluğunu bir daha hiss etdim. Başqa tamaşaların məşqlərindən çıxıb bu tamaşanın məşqinə gəlirdilər. Bu musiqidə qəribə nəsə var ki, insanları özünə çəkir. Üzeyir Hacıbəyli Azərbaycan millətinin ruhunu gözəl bilirdi, o bu ruhu musiqiyə köçürə bilmişdi. Oturub məşq edirdik, birdən gördüm bir nəfər içəri girib dedi ki, "salam Rəşid Behbudov". Hamı qalxdı ayağa, sən demə 1956-cı ildə baş rolu oynayan aktyor idi. Dedilər, biz sevindik ki, tamaşanı yenidən səhnələşdirirsiniz. Tamaşa Çin tərəfindən sonra Beynəlxalq festivallarda nümayiş etdirildi. Təəccüblüdür. Təkcə Pekində 70-80 teatr var, hər gün nə qədər tamaşa səhnələşdirilir, amma onlar festivala bu tamaşanı göndərdilər. Tamaşa onlara gəlir gətirdi, mənə zəng edib təşəkkür etdilər. Üzeyir Hacıbəylinin musiqisi bütün dünyanı zəbt edə bilir", - deyə sənətçi bildirib.
"Arşın mal alan" operettası Çini necə fəth etdi? - Baş rejissor DANIŞDI + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1018   Tarix: 07 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü: Dövlətçilik, hüquqi təminatlar və milli suverenliyin təməli

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən, xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüqu

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

6 noyabr
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

6 noyabr
.

Ağıllı saatlara görə vergi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2

5 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Zəfər günü Bakıda yürüş olacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva

6 noyabr