"Qızının hələ də xəbəri yoxdur" - Aygün Bəylərin bacısı
"Aygün Bəylər konsertdə çox stres keçirdi, ağrıları oldu".
Sonxeber.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova bildirib.
O qeyd edib ki, mərhumun nəşi hələ Bakıya gətirilməyib:
"Aygün Heydər Əliyev Fondu sayəsində Türkiyəyə getmişdi. Sağ olsunlar, dəstək oldular. Gecə saat 3-də şəxsi təyyarə ilə yola düşəcəkdilər. Alınmadı. Təyyarə gözləyirdi, sənədləri tam hazır deyildi. İndi isə artıq sənədlər tam hazırdır. Gözləyirik ki, gəlin, aparın desinlər.
Xalq onu gözləyir. Hər kəs sənətkarı ilə vidalaşmaq istəyir. Sabah dəfn edərik, inşallah. Həqiqətən, biz də dəqiq nə vaxt gələcəyini bilmirik. Dünən vəfatı barədə ilk xəbər çıxanda Aygün sağ idi. Sadəcə, komada idi. Ümidimizi kəsmədik. Düşündük ki, ayıla bilər. Çox heyif".
"Birdən-birə oldu. Konsertdə çox stres keçirdi, ağrıları oldu. Tədbir gecikmişdi. Təzyiqi qalxdı. Konsert arzusu idi. Qızının hələ də xəbəri yoxdur. Heç nə bilmir.
Biz çəkiliş istəmirik. O halda deyilik. Xalq sənətkarı itirdi, xəzinəmiz getdi. Çox çətindir. Biz şou yaradılmasını istəmirik. Biz belə şeyləri sevmirik", - deyə Z.Hümmətova sonda fikrini tamamlayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1674 Tarix: 07 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind
5 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrBakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind
6 noyabrNeft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
6 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrBu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc
6 noyabrZəfər günü Bakıda yürüş olacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları, "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə isə Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıva
6 noyabr